Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:28

Nikulin Birləşmiş Ştatlara təhvil verildi


Yevgeny Nikulin, arxiv fotosu

Çexiyanın Ədliyyə Nazirliyi şübhəli rusiyalı haker Yevgeny Nikulin-in Birləşmiş Ştatlara ekstradisiya olunduğunu təsdiqləyib.

Onun Birləşmiş Ştatlara ekstradisiya olunduğunu təsdiqləyirik. Artıq təyyarəylə ölkədən çıxarılıb”, – nazirliyin sözçüsü “Reuters” agentliyinə yazılı açıqlamasında bildirib.

***

Çexiya mediası şübhəli rusiyalı hakerin Birləşmiş Ştatlara ekstradisiya olunduğunu yazsa da ölkənin Ədliyyə Nazirliyi bunu təsdiqləmir.

2012-2013-cü illərdə LinkedIn və Dropbox kimi iri internet şirkətlərinə haker hücumunda suçlanan Yevgeny Nikulin-i həm Rusiya, həm də ABŞ tələb edirdi. O, Birləşmiş Ştatlarda, təqsiri sübuta yetirilərsə, 30 ilədək həbsə məhkum edilə bilər.

Rusiya da ekstradisiya müraciəti etdiyindən bu məsələ beynəlxalq çəki qazanıb. Rusiyada Nikulin-in 2009-cu ildə 2 min dollaradək pulu onlayn oğurladığı bildirilir.

Martın 30-da CTK xəbər agentliyinə danışan Ədliyyə Nazirliyinin sözçüsü Tereza Schejbalova deyib ki, Aktualne.cz və Respekt.cz daxil olmaqla Çexiya mediasının yazdıqlarını təsdiqləyə bilməz.

Çexiya respublikasına səfər zamanı ABŞ Nümayəndələr Palatasının spikeri Paul Ryan martın 27-də deyirdi ki, “cənab Nikulin-in Amerikaya ekstradisiyasına inanmağa və bunu gözləməyə hər cür səbəbimiz var”.

Günün bütün mövzuları

XS
SM
MD
LG