Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 08:53

Sisi yenidən Misirin prezidenti seçilir


Abdel Fattah al-Sisi səs verir

Misirdə üç gün davam etmiş səsvermənin ilkin nəticələrinə görə, indiki prezident Abdel Fattah al-Sisi yenidən bu posta seçilir.

Al-Ahram qəzeti martın 29-da yazıb ki, Sisi indiyədək sayılmış bülletenlər üzrə səslərin 92 faizə yaxınını qazanıb.

Sisi-nin seçkidə yeganə rəqibi az tanınan siyasətçi Moussa Mustafa Moussa idi ki, o da seçkiyə getməyə qərar verənədək prezidenti dəstəkləyirdi.

Hökumətin tənqidçilərinin fikrincə, Moussa səsverməyə həqiqilik görüntüsü vermək məqsədiylə namizədliyini irəli sürüb.

Bir sıra potensial namizədlər saxlanıb, yaxud seçkiyə buraxılmayıb.

Seçki 26-28 mart tarixlərində sərt təhlükəsizlik tədbirləri şəraitində keçirilib. Rəsmi nəticələrin aprelin 2-də elan olunacağı gözlənir.

Ordunun keçmiş rəhbəri olan Sisi 2013-cü ildə islamçı prezident Muhammad Morsi-ni devirməklə hakimiyyətə gəlib.

Tərəfdarları onun sabitlik, təhlükəsizlik yaratdığını desələr də, tənqidçiləri narazıları susdurduğunu, mətbuat azadlığını məhdudlaşdırdığını düşünürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG