Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:23

Trump-ın kampaniya rəsmisi şübhəli keçmiş casusla “tez-tez danışırmış”


Rick Gates
Rick Gates

ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının aparıcı rəsmisi 2016-cı ilin prezident seçkisi kampaniyasının son həftələrində biznes ortağı, Rusiyanın keçmiş kəşfiyyat zabitiylə tez-tez kommunikasiyaya girirmiş. Bunu bu yaxınlarda açılmış məhkəmə sənədləri üzə çıxarıb.

Trump-ın seçki kampaniyasının sədr müavini Rick Gates və Rusiyanın keçmiş kəşfiyyat zabiti arasında əlaqəni xüsusi prokuror Robert Mueller-in açıqladığı məhkəmə sənədləri ortaya qoyub. Prokuror rusiyalını “Şəxs A” adlandırır və deyir ki, həmin şəxs o zaman seçki kampaniyasında çalışırmış. Bu haqda media martın 28-də yazıb.

*** Buna da bax: Manafort-a yeni ittihamlar verilib

GRU-NUN ZABİTİ OLUB

“The New York Times” qəzeti “məsələdən xəbərdar mənbə”yə istinadla yazır ki, “Şəxs A” Konstantin Kilimnik-dir. O, Trump-ın kampaniya sədri Paul Manafot-un hər kampaniya zamanı, həm də o, Ukraynanın rusiyapərəst keçmiş prezidenti Viktor Yanukovych hökuməti üçün konsultant kimi çalışarkən tərəfdaşı olub.

Məhkəmə sənədlərinə görə, Gates 2016-cı ilin sentyabrında və oktyabrında, noyabr seçkisindən bir neçə həftə öncə bu rusiyalı ilə görüşüb. Sənəddə bildirilir ki, Federal Təhqiqat Bürosu (FBI) onun həmin dönəmdə Rusiyanın casus xidmətlərinə fəal bağları olmasına inanır.

Manafort Kilimnik-in Rusiya kəşfiyyatına bağlılığını təkzib edib. Ancaq məhkəmə sənədinə görə, Gates bir tərəfdaşına deyib ki, “Şəxs A” “GRU-nun kəşfiyyat zabiti olub”. GRU Rusiyanın hərbi kəşfiyyat agentliyidir.

Mueller həm Gates, həm də Manafort-a bir sıra ittihamlar irəli sürüb. Ancaq bu ittihamların keçmiş rusiyalı əməliyyatçıya bağlılığı yoxdur.

Gates ötən ay FBI-ya yalan danışdığını, Birləşmiş Ştatlarda çirkli pul yuma qəsdinin olduğunu etiraf edib. O, hazırda Mueller-in Rusiya və Trump kampaniyası arasında əlaqələriylə bağlı təhqiqatıyla əməkdaşlıq edir.

VASİTƏÇİLİK EDİB

Hazırda harada olduğu bilinməyən Kilimnik Rusiya kəşfiyyatıyla hər hansı əlaqəsini danır, Manafort isə belə bir əlaqədən xəbəri olmadığını deyib.

The Washington Post, Associated Press və digər media orqanlarının ötən il yazmasına görə, Kilimnik kampaniya zamanı Manafort ilə Rusiyanın alüminium maqnatı, prezident Vladimir Putin-in müttəfiqi Oleg Deripaska arasında vasitəçilik edib.

*** Buna da bax: Mueller-in təhqiqatı ilə bağlı daha bir şəxs təqsirini etiraf edib

Media iddia edirdi ki, Manafort Kilimnik-ə elektron məktubunda Deripaska-ya Trump-ın seçki kampaniyasının gedişatı barədə “gizli məlumat” ötürməyi təklif edib. Bu, kampaniyanın ortasında, 2016-cı ilin iyulunda baş verib.

O vaxtdan Deripaska Nyu York məhkəməsində Gates və Manafort-a qarşı mülki iddia qaldırıb, onları bir investisiya sövdələşməsiylə bağlı onu aldatmaqda ittiham edir.

“The New York Times” yazıb ki, Ukraynada Kilimnik-in Rusiya casus agentlikləriylə mümkün əlaqələrinə dair təhqiqat ittiham irəli sürülmədən bitib. O, Ukraynada doğulub, Moskvada və Kiyevdə yaşayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG