Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 12:03

Rusiyanın ABŞ siyasətinə mümkün müdaxiləsini araşdıran xüsusi müşavir prezident Donald Trump-ın keçmiş kampaniya üzlərinə ittihamları yeniləyib.

Böyük jürinin ittihamnaməsi fevralın 22-də yayılıb və Robert Mueller-in Trump-ın əməkdaşlarıyla Rusiyaya bağlı rəsmiləri arasında əlaqələri üzrə təhqiqatı çərçivəsində daha bir addımdır.

2016-cı ilin avqustunda Trump-ın kampaniyasının menecerliyindən uzaqlaşdırılmış Paul Manafort və onun köməkçisi Rick Gates-ə ötən il çirkli pulyuma qəsdi və digər ittihamlar verilmişdi. Bu ittihamların çoxu Manafort-un Ukraynada rusiyapərəst siyasi partiya üçün gördüyü konsultasiya və lobbiçilik işiylə bağlıdır.

Hər ikisi təqsirsiz olduğunu deyib.

Yeni ittihamlara isə vergidən yayınma, maliyyə fırıldağı daxildir.

Manafort-un sözçüsü onun “günahsız” olduğunu, yeni ittihamlarla bağlı bəraət alacağından “əminliyi”ni bildirib.

Bu həftənin əvvəlində Londondan bir vəkil Gates-lə kommunikasiyasıda dair prokurorlara yalan danışdığını boynuna alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG