Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:25

Mueller-in təhqiqatı ilə bağlı daha bir şəxs təqsirini etiraf edib


Alex Van Der Zwaan
Alex Van Der Zwaan

Vəkil Alex van der Zwaan ABŞ xüsusi prokuroru Robet Mueller-in prezident Trump-ın adamları ilə Rusiya rəsmiləri arasında mümkün sövdələşməyə dair cinayət araşdırması ilə bağlı hüquq-mühafizə orqanlarına yalan dediyini etiraf edib.

Rusiya milyarderi German Xanın kürəkəni olan Alex van der Zwaan təqsirin etiraf edilməsinə dair razılaşmanı fevralın 20-də Vaşinqtonda ABŞ nahiyə məhkəməsində imzalayıb. Razılaşmanın mətni fevralın 16-da tərtib edilmişdi.

Beləliklə Alex van der Zwaan, Mueller tərəfindən barəsində cinayət işi qaldırılmış sayca 6-cı şəxsdir.

Məhkəmə sənədlərinə görə van der Zwaan, prezident Trump-ın keçmiş kampaniya köməkçisi Rick Gates-lə kommunikasiyaları barədə müstəntiqlərə yalan deməkdə ittiham olunur. Gates-in özünə qarşı ötən il çirkli pulların yuyulmasına qəsd ittihamı irəli sürülüb.

Xüsusi prokuror Robert Mueller
Xüsusi prokuror Robert Mueller

Sənədlərdə qeyd olunur ki, van der Zwaan Mueller-in təhqiqat komandasına lazım olan email-ləri silib və ya istintaqa təqdim etməkdən boyun qaçırıb.

Onun fevralın 20-də təqsirini rəsmən etiraf edəcəyi gözlənilir.

Məhkəmə sənədlərindən məlum olur ki, Mueller-in təhqiqatı van der Zwaan-ın 2012-ci ildə Ukraynanın Ədliyyə Nazirliyinin keçmiş baş nazir Yuliya Timoşenkonunun məhkəməsi ilə bağlı kirayələdiyi ABŞ hüquq firması üçün gördüyü işlə maraqlanır.

Sənədlərdə hüquq firmasının adı çəkilmir, lakin bunun Vaşinqtonun yaxşı tanınan Skadden, Arps, Slate Meagher & Flom şirkəti olduğu başa düşülür. Van der Zwann Linkedln səhifəsində özünü bu firmanın London ofisinin partnyoru kimi təqdim edib.

Skadden Arps firması Ukraynanın Ədliyyə Nazirliyi tərəfindən 2011-ci ildə, nazir Oleksandr Lavrınoviçin vaxtında Timoşenkonun məhbus edilməsi ilə bağlı işin nəzərdən keçirilməsi məqsədilə kirayələnmişdi. Timoşenko, iddia edildiyinə görə Rusiya ilə Ukrayna üçün əlverişli olmayan qaz sazişini imzaladığına görə məhkum edilmişdi.

Beynəlxalq icmaya, o cümlədən Rusiyaya bu iş siyasi motivli olaraq görünürdü. O 2014-cü ilin fevralında azad edilmiş və təkrar parlamentə seçilmişdi.

Paul Manafort
Paul Manafort

Skadden Arps Timoşenkonun həbsinin əsaslılığını göstərən hesabat hazırlamalı idi. Bu hesabatı sifariş edən şəxs isə Paul Manafort idi. Manafort 2016-cı ilin avqustunda vəzifəsindən çıxarılana qədər Trump kampaniyasının rəhbəri postunu tuturdu. Onun bu postdan getməsinin səbəbi isə Ukraynada rusiyayönlü siyasi partiya üçün geniş lobbiçilik fəaliyyətində bulunduğuna dair məlumatların faş olmasıydı.

Van der Zwaan, Ukrayna xüsusilə mühüm işlər prokuroru Serhiy Horbatyukun dindirmək istədiyi bir neçə Skadden vəkillərindən biridir.

13 rusiyalıya və üç Rusiya şirkətinə qarşı rəsmi ittihamların irəli sürülməsinin ardınca, van der Zwaan barədə cinayət işinin qaldırılması, Trump-ın təntənəli bəyanatlarına baxmayaraq xüsusi prokuror Mueller-in təhqiqatının genişləndiyini və dərinləşdiyini göstərir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG