Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:06

Avropa Birliyi Kosovoda “təmkin, müdrikliyə” çağırır


Kosovo, 27 mart, 2018-ci il

Kosovoda Serbiyanın hökumət rəsmisinin saxlanaraq deportasiya olunmasından sonra Avropa Birliyi bu iki ölkəni “sakitlik, müdriklik, təmkin və rəhbərlik” göstərməyə çağırıb.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini martın 27-də Belqrada təcili səfər edib, Serbiya prezidenti Aleksandar Vucic-lə görüşəcək.

Bundan öncə etnik serblər Kosovo hökumətindən çıxıb, ölkənin şimalında yolu bağlayıb.

Vucic-lə görüşündən sonra Mogherini bəyanatında deyib ki, Kosovoda bir gün öncə baş verənləri pisləyir: “Dünən baş verənlər bir daha təkrarlanmamalıdır”

AB rəsmisi və Serbiya prezidenti “Belqrad və Priştina arasındakı məsələləri sülh yoluyla həll etməkdən ötrü işi davam etdirməyin yeni yollarını tapmağa razılaşıblar”.

Martın 27-də Kosovonun serb azlığını təmsil edən siyasətçilər Belqradda Vucic-lə görüşdən sonra Priştina hökumətindən çıxmaqla bağlı qərarını açıqlayıb, hökuməti daha dəstəkləməyəcəklirini bildirib.

Serblər Kosovonun şimalını paytaxtla birləşdirən əsas yolu yük maşınlarıyla bağlayıb.

XS
SM
MD
LG