Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:18

Savchenko Radanın içində saxlandı


Deputat Nadia Savchenko parlamentdə, 22 mart, 2018-ci il

Ukrayna təhlükəsizlik əməkdaşları deputat Nadia Savchenko-nu saxlayıblar. O, martın 22-də parlamentin içində, həmkarları onun toxunulmazlığını ləğv edəndən sonra saxlanıb.

Savchenko-ya parlamentə “terror” hücumunda şübhəli bilinməsi barədə sənədlər təqdim olunub və SBU əməkdaşlarının köməyilə parlament binasından çıxarılıb. Onun əlləri qandallanmayıb.

Rada qarşısına Savchenko-nun onlarla tərəfdarı və tənqidçisi toplanıb.

***

Ukrayna parlamentinin reqlament komitəsi deputat, Rusiyada əsirlikdə olmuş Nadia Savchenko-nun toxunulmazlığının ləğvini, saxlanmasını və həbsini təsdiqləyib. O, qanunverici orqana “terror” hücumu planlaşdırmaqda suçlanır.

Komitə martın 22-də baş prokuror Yuriy Lutsenko-nun xahişini təsdiqləmiş olub və bu, Savchenko-nun mümkün həbsinə doğru ilk addım sayılır. Verkhovna Rada indi bu addımı ya təsdiqləməli, ya da rədd etməlidir.

Lutsenko martın 15-də iddia edib ki, Savchenko parlamentin tavanını minaatanla dağıtmağı, sağ qalan deputatları isə silahla öldürməyi planlaşdırıb.

Bu ittihamdan öncə Savchenko ölkənin təhlükəsizlik xidmətində (SBU) ifadə verib. O, rusiyapərəst separatçılarla əsir mübadiləsində əsas vasitəçi olan Volodymyr Ruban-a açılmış cinayət işi üzrə dindirilib.

Ruban martın əvvəlində Ukraynanın şərqində hökumətin nəzarətində olan əraziyə keçərkən saxlanıb, üstündən xeyli silah-sursat çıxdığı, prezident Petro Poroshenko və digər aparıcı rəsmiləri öldürməyi planlaşdırdığı iddia olunur.

Savchenko martın 20-də terror hücumları planlaşdırması, Rusiyayla bağlı olması barədə deyilənləri təkzib edib.

XS
SM
MD
LG