Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 06:03

Bu gün İlaxır çərşənbədir və bahar gəlir


Bakıda Novruz şənliyi

Bu gün İlaxır çərşənbədir. Buna qədər Su, Od və Yel çərşənbələri qeyd edilib.

Novruz ərəfəsində, sonuncu çərşənbədə torpaq oyanır, nəfəs alır. Bu çərşənbə xalq arasında «Yer çərşənbəsi» və ya «Torpaq çərşənbəsi» adlanır.

İnama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

Üstəlik, bu il sonuncu çərşənbə baharın gəlişi ilə eyni günə düşüb.

Şamaxı Astrofizika Rəsədxanasından bildirildiyinə görə, bu il bahar fəsli Azərbaycana martın 20-də saat 20:15-də daxil olacaq.

İlaxır çərşənbəsinin tonqalı həm də Novruz tonqalı olacaq.

Hər il baharın gəlişindən asılı olaraq, dörd çərşənbənin də vaxtı müəyyən edilir. Bu il ilk çərşənbə fevralın 27-də qeyd edilmişdi. Hər həftə (Novruzdan əvvəlki dörd həftədə) bir çərşənbə olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG