Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:36

Putin-dən və dirçələn Rusiyadan nə gözləməli


Vladimir Putin
Vladimir Putin

Vladimir Putin Rusiyada daha altı il hakimiyyətdə, ölkəiçi opponentləri isə kölgədə qalacaq. Xaricdəki opponentlərinin başı onsuz da öz problemlərinə qarışıb. Britaniya Avropa Birliyindən çıxmaqla məşğuldur, Trump administrasiyası isə xaos və qarışıqlıq içindədir.

Hətta səsvermə zamanı genişmiqyaslı pozuntular barədə deyilənlər belə Putin-in kefinə soğan doğraya bilməz. Onun ABŞ-da seçkiyə müdaxiləyə çalışması, Britaniyada keçmiş casusun zəhərlənməsində əli olmasına dair ittihamlar ölkədə mövqeyini daha da gücləndirib.

*** Buna da bax: Putin Qərbə münasibətdə ‘tonunu aşağı salıb’

Putin-in hakimiyyətdə qalacağı daha altı il ərzində Rusiyanın rəqibləri, qonşuları, özünün 147 milyonluq vətəndaşı ondan nə gözləməlidir? Bu suala “The Associated Press” agentliyinin əməkdaşı Angela Charlton cavab axtarır.

SOYUQ MÜHARİBƏ QIZIŞA BİLƏR?

Müəllif yazır ki, Rusiyayla Qərbin münasibətləri 26 il öncə Sovetlər Birliyinin çöküşündən bəri indiki kimi aşağı səviyyədə olmayıb. ABŞ prezidenti Donald Trump-la nisbətən dostyana münasibətə baxmayaraq, Putin çətin ki Vaşinqtonla dostlaşmağa çalışsın. Özəlliklə də, hazırda Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxiləsiylə bağlı iddiaların səsləndiyi bir vaxtda.

*** Buna da bax: Marqarita Simonyan Putini ‘dəyişməz rəhbər’ elan edir

İtaliya və Almaniyada son seçkilərdə isə Putinə yaxın liderlər üstünlük qazana biliblər. “Qərb ölkələri seçkiləri pozmağı, demokratiyanı gözdən salmağı hədəfləyən, Rusiyaya bağlı daha çox haker hücumu və təbliğatla üzləşə bilərlər”, – yazıda deyilir.

Suriya hökuməti Rusiyanın dəstəyilə İslam Dövləti (İŞİD) qruplaşmasın ölkədə məhvinə çalışır. İndi həmin qüvvələr Qərbin dəstəklədiyi üsyançıların əlində olan son məkanlara da nəzarəti ələ alırlar.

Bunu Qərbin başçılıq etdiyi qanunsuz müdaxilə üzərində geosiyasi və hərbi qələbə sayan Rusiya Suriyadan tezliklə çıxan deyil. Cəsarətlənmiş Putin Rusiya ordusunu sülhyaradan qüvvə kimi digər münaqişələrə də yerləşdirə bilər, məsələn, Liviyaya. Burada Rusiyanın neft maraqları var, yeddi il öncə Qərbin müdaxiləsindən sonra qanunsuzluğun hökm sürdüyü ölkə ekstremistlərlə qaynaşır”, – müəllif yazır.

*** Buna da bax: Putin: '100 yaşına qədər bu postda qalan deyiləm...' [video]

QONŞULAR

Rusiyalılardan ötrü Putin-in 18 illik hakimiyyəti dövründə ən böyük qələbəsi Krımın anneksiyası və Ukraynanın Avropa Birliyi və NATO-ya yaxınlaşmaq ambisiyalarının boğulmasıdır.

Putin anneksiyadan sonra ABŞ və AB-nin sanksiyalarından karıxsa da, onları bitirəcək güzəştə getmək istəmir.

Moskvanın Ukraynadakı hərəkətləri Rusiyanın orbitindəki digər ölkələrə də xəbərdarlıq siqnalı oldu – Qərbə doğru irəliləmək təhlükəlidir. Elə AB daxilindəki keçmiş sovet ölkələri də Moskvaya yan almaqdadır – Macarıstan və Polşadan tutmuş Çexiya Respublikası və Slovakiyaya qədər.

RUSİYALILAR

Ekspertlərin fikrincə, Putin mənzillə təminatı çatımlı edə, korrupsiyayla aşağı səviyyədə mübarizə apara bilər. Di gəl, pensiya sisteminin yenidən qurulması, təhlükəsizlik sektorunda xərclərin azaldılması kimi böyük dəyişikliklər gözlənilmir.

***Buna da bax: Putin-in yolundakı 5 iqtisadi əngəl

İndi rusiyalılar üçün ən böyük sual altı il sonra nə baş verəcəyədir. Putin 2024-cü ildə yenidən namizəd ola bilməz, konstitusiya bunu qadağan edir. İndilik, konstitusiyanı dəyişmək planı olmadığını bildirir.

Agentlik yazır ki, Putin-in ən ciddi rəqibi olan Alexei Navalny korrupsiya və rəsmi yalanları ifşa etdikcə ona təzyiqlər də artacaq.

Prezidentliyə namizəd olmuş Ksenia Sobchak və olqarxdan dissidentə çevrilmiş Mikhail Khodorkovsky gözlənən yerli və parlament seçkisində mövqe əldə etməyə çalışacaq.

Putin-in yaxın çevrəsindəkilər onun səhnədə olmayacağı dönəmdə yerlərini tutmaq barədə düşünəcəklər.

Putin süni zəka və digər innovasiyaların irəliləməsinə diqqət ayıra bilər, məqsəd də gənclərə fokuslanmaqdır. Axı, irsinin qalıcı olmasından ötrü onlara ehtiyacı var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG