Keçid linkləri

Təcili xəbərlər
2018, 15 İyul, bazar, Bakı vaxtı 23:37

Putin Qərbə münasibətdə ‘tonunu aşağı salıb’


Vladimir Putin prezident seçkisində böyük səs çoxluğu ilə qələbə qazandıqdan sonra Qərbə münasibətdə tonunu bir qədər yüngülləşdirib.

Ağ Ev bu qələbənin çox gözlənilən olduğunu bildirib. Ağ Evin sözçüsü Hogan Gidley deyib ki, “biz Rusiya ilə münasibətlərin qurulması istiqamətində işləyəcəyik, lakin Rusiya bizim maraqlarımıza toxunanda ona qarşı ağır cərimələrər qoyacağıq”.

Vladimir Putinə gəlincə isə o martın 19-da bəyan edib ki, Moskva “başqa ölkələrlə konstruktiv münasibətlər qurmaq istəyir, lakin heç də hər şey bizdən asılı deyil”.

Rusiya prezidenti habelə deyib ki, Rusiya “silahlanma yarışı qızışdırmaq niyyətində deyil” və Moskva “bizim bütün partnyorlarımızla olan mübahisələrimizi siyasi və diplomatik yollarla çözmək üçün əlindən gələni əsirgəməyəcək”.

Avtoritarlar hamıdan əvvəl təbrik ediblər

Bu arada Vladimir Putin 4-cü müddətə prezidentliyi qazanması münasibətilə təbriklər alır. Onu ilk təbrik edənlərdən biri də Çin prezidenti Xi Jinping olub. Onun özü Çin Konstitusiyasına edilmiş dəyişikliklərdən sonra ömürlük prezident ola bilər.

AzadlıqRadiosu xəbər verir ki, Putini hamıdan əvvəl avtoritar liderlər – Nursultan Nazarbayev, Alyaksandr Lukaşenka, İlham Əliyev, Misir prezidenti Abdel Fattah al-Sisi, Venesuela lideri Nicolas Maduro təbrik ediblər.

Yaponiyanın baş naziri Şinzo Abe və Serbiya lideri Aleksandr Vucic də Putinə təbriklərini göndəriblər.

Fransa lideri Emmanuel Macron Putinə “Rusiyanın siyasi, demokratik və iqtisadi modernləşdirilməsində” uğur diləyib, lakin eyni zamanda keçmiş casus Skripalın zəhərlənməsi məsələsinə aydınlıq gətirməyə çağırıb.

Angela Merkel martın 19-da Putinə göndərdiyi təbrik mesajında onu “hərarətlə” təbrik edib, lakin ikitərəfli münasibətlərdə yaranmış ciddi problemləri bir daha xatırladıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG