Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:25

Putin: '100 yaşına qədər bu postda qalan deyiləm...' [video]


Rusiyada seçki bitdi, Azərbaycanda başlayır - Surpiriz olacaqmı?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Rusiyada seçki bitdi, Azərbaycanda başlayır - surpiriz olacaqmı? [A-Live]

76 faiz səs çoxluğu ilə prezident seçkilərində qalib gələn Vladimir Putin konstitusiyanı dəyişəcəksizmi sualını gülərək cavablandırıb.

Martın 19-da seçkilərin rəsmi nəticəsi açıqlanandan sonra o deyib ki, 100 yaşına qədər bu postda qalası deyil. Axı, son düzəlişlərlə Rusiya konstitusiyası bir nəfərin dalbadal iki dəfə prezident seçilməsini əngəlləyir. Konstitusiyanın bu norması yeni qəbul edilib, ona görə öncəki seçkilərə şamil olunmur. Başqa sözlə, 2024-cü ildə 5-ci dəfə də seçkilərə qatılmaq üçün Putin konstitusiyanı bir də dəyişdirməlidir:

“O ki, qaldı hökumət rəhbərlərinə və ümumilikdə hökumətdəki dəyişiklərə dediyim kimi mən bu haqda düşünürəm. Əslində seçkilərin nəticəsini gözlədiyim üçün bu gündən düşünməyə başlamışam. Bütün dəyişikliklər inauqurasiya mərasimində elan ediləcək”.

Buna da bax: ATƏT Rusiyada seçkiyə qiymət verir

“RUSİYANI ÇƏTİN DÖNƏM GÖZLƏYİR”

Vladimir Putin 2000-ci ildən bəri bir müddət istisna olmaqla 4 dəfə prezident seçkilərində qalib olub. Amma görünür Putin 2024-cü ilə çox var deyib, yaxın planları nəzərdən keçirir. AzadlıqRadiosu-nun xəbər xidmətinin bu mövzu ilə bağlı təhlilində qeyd olunur ki, qərblə pisləşən münasibətlər, oliqarxlara qarşı sanksiyalar, dövlət aktivlərinin dondurulması kimi hədələrin fonunda Rusiyanı çətin dönəm gözləyir. Rusiya Amerika, eləcə də bir çox Qərb ölkələri ilə münasibətlərini yenidən nəzərdən keçirilməli olacaq.

Bəs, Putinin 4-cü hakimiyyəti Azərbaycana nələr vəd edir?

Buna da bax: Putin-in yolundakı 5 iqtisadi əngəl

Millət vəkili, politoloq Rasim Musabəyov düşünür ki, qarşıdakı illərdə Rusiya hökumətinin başı daha çox özünümüdafiəyə qarışacaq:

Rasim Musabəyov
Rasim Musabəyov

“Baxmayaraq ki, ara-sıra Rusiyadan hərbə-zorbalar gəlir. Amma düşünürəm ki, indiki durum Rusiyanın kənarlara əl-qol atmasına imkan vermir. Azərbaycanın ehtiyatlı və əməkdaşlığa hesablanan kursu davam edəcək. Seçkilər bitdi. İndi biz gözləyirik görək Rusiya Dağlıq Qarabağla bağlı verdiyi vədlərə əməl edəcəkmi? Bu münasibətlərimiz üçün sınaq nöqtəsi olacaq”.

Rasim Musabəyov Putinin Qarabağ vədləri deyərkən, 2016-cı ilin aprel döyüşlərini nəzərdə tutur. O yada salır ki, Rusiyanın vasitəçiliyə ilə Azərbaycan və Ermənistan arasında razılaşma əldə olundu və döyüşlər dayandırıldı. Həmin vaxt Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsü göstərəcəyini bildirmişdi.

“RUSİYANIN AZƏRBAYCANA TƏSİR VASİTƏLƏRİ...”

Azərbaycan hökuməti bütün ölkələrlə, eləcə də Rusiya ilə balanslı siyasət apardığını bəyan edir. Rusiyanı həm iqtisadi, həm də hərbi tərəfdaşı adlandırır.

Bakıda politoloq Zərdüşt Əlizadə hesab edir ki, qarşıdakı illərdə Rusiya Azərbaycana təsir etməkdə davam edəcək. Ən böyük təsir vasitəsi də Dağlıq Qarabağdır:

Buna da bax: Prezidentliyə namizəd: 'Bizim materiallar nə zaman çap olunacaq, Allah bilir...'

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“İqtisadi sahədə də təsirləri qalacaq. İmkan verməyəcək ki, Azərbaycan öz karbohidrogen ehtiyatlarını istədiyi kimi, istədiyi yolla satsın. Hərbi sahədə isə Rusiya Azərbaycanın əsas tərəfdaşlarındandır. Əslində isə öz köhnə silahlarını Azərbaycana satır. O ki, qaldı daxili siyasətə təsirini biz bunun parlaq nümunəsini 2013-cü ildə gördük. Etiraz aksiyaları, Milli Şura, milyarderlər klubu və s. Azərbaycanda istədiyini alandan sonra əl çəkdi bu siyasətindən”.

Bu cür ittihamlar zaman-zaman Milli Şuranın ünvanına səslənib. Hər dəfə qurumun təmsilçiləri ittihamları rədd edib, bildiriblər ki, Milli Şura müxalif partiyaların və fəalların birləşdiyi müstəqil təşkilatdır.

Bəs, Bakı sakinləri Azərbaycan Rusiya münasibətləri haqda nə fikirləşir:

Sizcə, Rusiya ilə Azərbaycanın münasibətləri necədir?
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Elə bu yazıda söhbət etdiyimiz ekspertlər isə düşünürlər ki, Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyadadır.

XS
SM
MD
LG