Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

ATƏT Rusiyada seçkiyə qiymət verir


Bakıdakı rusiyalılar kimə səs verdilər [Reportaj]
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Bakıdakı rusiyalılar kimə səs verdilər [Reportaj]

Rusiyada prezident seçkisində “əsl rəqabət” mühiti yaradılmayıb və seçicilərin real seçimi olmayıb. Bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) deyir.

Fundamental sərbəst toplaşma, birləşmə və ifadə azadlıqlarına məhdudiyyətlər siyasi iştirak məkanını daraldıb və sonucda əsl rəqabətin olmadığı bir mühit yaranıb”, – ATƏT-in qısamüddətli müşahidə missiyasının lideri və xüsusi əlaqələndirici Michael Georg Link martın 19-da mətbuat konfransında jurnalistlərə deyib.

Artıq bülletenlərin 99,8 faizi sayılıb və MSK hazırkı prezident Vladimir Putin-in səslərin 76,7 faizini topladığını bildirir.

Link deyib ki, ATƏT-in fikrincə, komissiya seçkini nizamlı keçirib, effektli idarə edib.

***

Rusiya prezidenti Vladimir Putin daha altı iliyə bu posta seçilib. Bülletenlərin, demək olar, hamısı sayılıb. Amma səsvermə prosesində minlərlə pozuntu, vətəndaşlara seçkiyə getməkdən ötrü təzyiq göstərilməsi haqda məlumatlar gəlməkdədir.

Interfax və TASS dövlət agentliyi Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, bülletenlərin 99 faizi sayılıb, Putin səslərin 76,65 faizini toplayıb.

MSK Kommunist Partiyasının namizədi Pavel Grudinin-in səslərin 11,82, ultramillətçi Vladimir Zhirinovsky-nin 5,68, teleaparıcı Ksenia Sobchak-ın 1,66 faiz səs topladığını bildirir.

Digər dörd namizəd – liberal Grigory Yavlinsky, millətçi Sergei Baburin, Rusiya Kommunistlərinin namizədi Maksim Suraikin və mərkəzçi Boris Titov-un hərəyə 1 faiz, yaxud ondan az səs topladığını bildirir.

Seçki komissiyası ölkə üzrə seçici fəallığının “67 faizdən yüksək” olduğunu bildirib, amma yekun rəsmi rəqəm, hələlik, açıqlanmayıb.

Səsvermədən öncə Rusiya mediası Kremldəki mənbələrə istinadla yazırdı ki, hökumət seçicilərin 70 faizinin səsverməyə getməsinə, Putin-ə 70 faizin səs verməsinə çalışır.

“KONSTİTUSİYA İSLAHATLARI PLANLAŞDIRMIRAM”

65 yaşlı Putin gecəyarısına bir saat qalmış Kremlin qarşısındakı yürüşdə görünüb, dəstəyə görə seçicilərə təşəkkür edib.

“Qələbə bizi gözləyir!” - Putin deyib.

Az sonra jurnalistlərə danışan Putin deyib ki, onun hal-hazırda Rusiya konstitusiyasını dəyişmək planı yoxdur və 2030-cu ildə yenidən prezident olmağa çalışmayacaq.

Rusiya qanunvericiliyinə görə, 2 dəfədən artıq dalbadal prezident seçilmək olmaz, yəni, Putin, konstitusiyası dəyişməsə, 2024-cü ildə namizədliyini verə bilməyəcək. Amma 2030-cu ildə bunu edə bilər.

Hal-hazırda, konstitusiyaya heç bir islahat planlaşdırmıram”, – Putin söyləyb.

Səsvermə günü seçki məntəqələrindən pozuntularla bağlı şikayətlər gəlib. Məntəqələr bağlanarkən Golos müstəqil seçki monitorinq mərkəzi 2 min 825 iddia olunan pozuntu barədə məlumat aldığını bildirib. Buraya seçki qutularının müşahidə kameralarından kənarda yerləşdirilməsi, müşahidəçilərə əngəllər yaradılması barədə şikayətlər olub.

Seçki rəsmiləri pozuntularla bağlı məlumatların araşdırıldığını bildirib.

***

Bu gün, martın 18-də Rusiyada prezident seçkiləridir.

Səsvermə Moskva vaxtı ilə 8.00-dan başlayıb 20.00-dək davam edəcək.

Ümumilikdə, ölkədə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdə fəaliyyət göstərir.

Rusiya prezidenti postu uğrunda 8 namizəd mübarizə aparır.

Buna da bax: Putini mədh edən tacik müğənni [video]

Bunlar Ksenia Sobchak (Vətəndaş təşəbbüsü qrupu), Maksim Suraikin (“Rusiya komministləri”), Pavel Grudinin (Kommunist Partiyası), Boris Titov (biznes ombudsmanı), Sergei Baburin (Ümumxalq İttifaq Partiyası​), Grigory Yavlinsky (Yabloko partiyası), Vladimir Zhirinovsky (Liberal-demokrat Partiyası) və ​Vladimir Putindir (hazırkı dövlət başçısı).

***

ITAR TASS agentliyi MSK-ya istinadla bildirir ki, Putin irəlidədir. Səslərin 45 faizi sayılıb

MSK onun onun səslərin 74.68 faizini topladığını bildirir.

Kommunist Qrudinin 2-ci (13.68), liberal demokrat Jiriniovski 3-cüdür. (6.42).

***

Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı bildirib ki, seçkidə iştirak edən namizədlərdən heç biri səsvermənin müşahidəsini təşkil etməyib: "Amma sonra deyəcəklər ki, səslərimiz oğurlandı".

Navalnının özünü Mərkəzi Seçki Komissiyası seçkiyə buraxmayıb. Onun tərəfdarları seçkini boykot edir, səs vermir.

Amma Navalnı seçkilərin müşahidəsi işində aktiv iştirak etdiyini bildirir.

***

Rusiyanın Azərbaycandakı səfirliyində səsvermə məntəqəsi yaradılıb. Burada həm Azərbaycanda çalışan Rusiya vətəndaşları, həm də rusiyalı turistlər səs verib. Seçki komissiyasının üzvü Denis Apaşkin səyyar səsvermə də təşkil edilib – Lənkəran, Şəki və Gəncədə. Bundan başqa Bakıda xəstələnən, seçki məntəqəsinə gələ bilməyən seçicilərin evinə də seçki qutusu göndərilib.

Onun sözlərinə görə, martın 19-da səfirliyin saytında Azərbaycanda nə qədər insanın səs verdiyi, kimə səs verdiyi barədə məlumat yerləşdiriləcək.

***

Rusiyanın "İnterfaks" agentliyi yazır ki, Moskva vilayətinin Lyubertsı şəhərində - seçki məntəqəsində qutuya topa bülleten atılması halı aşkarlanıb. Faktı müçahidə kamerası qeydə alıb. MSK bildirib ki, fakt araşdırılacaq, həmin məntəqədə səslərin ya hamısı, ya da müəyyən hissəsi etibarsız sayılacaq.

***

Moskva vaxtilə saat 17 00-a olan məlumata görə, ölkədəki seçicilərin yarıdan çoxu artıq səs verib - 51,9 faizi.

Bu haqda MSK məlumat yayıb.

***

​Moskvada iki seçki məntəqəsində pozuntulara görə səsvermə qutularını möhürləyəcəklər, səsvermə nəticələri isə etibarsız sayılacaq.

Bu barədə Moskva Seçki Komissiyasının sədri Valentin Qorbunov bildirib.

Hər iki məntəqədə seçicilərdən birinin iki dəfə səs verdiyi məlum olub. Qorbunov həmin seçicilərin cərimələnəcəyini deyib.

***

Rusiyanın Ukraynanın Odessa şəhərindəki konsulluğu polis və ictimai fəallar tərəfindən mühasirəyə alınıb. Diplomatik statuslu şəxslərdən başqa konsulluq tərəfə kimsə buraxılmır, Rusiya vətəndaşlarının səs verməsinə icazə yoxdur.

İki gün əvvəl Ukrayna hökuməti bildirmişdi ki, martın 18-də onun ərazisində seçki keçirməsinə imkan verməyəcək. Səbəb Rusiyanın işğal etdiyi Krımda da seçki keçirməsidir.

Rusiya tərəfi isə Ukraynanı beynəlxalq hüquqa zidd hərəkət etməkdə günahlandırıb.

***

Mərkəzi Seçki Komissiyasının məlumata görə. seçicilərin aktivliyi çox yüksəkdir və hələ ki 2012-ci ilin prezident seçkilərinin eyni saatları ilə müqayisədə 2,5 dəfə çoxdur:

"Əgər 2012-ci ildə Moskva vaxtilə saat 10-da seçicilərin 6,53 faizi səs vermişdisə, bu seçkidə həmin göstərici 16,55 faiz təşkil edib"

* * *

Putin onu qələbəyə aparan istənilən səs faizini uğur sayır

Putin səs verir
Putin səs verir

“Mənə prezident vəzifəsini yerinə yetirmək hüququ verən istənilən səs faizini müvəffəqiyyət hesab edirəm”.

“RİA Novosti” agentliyinin xəbərinə görə, bu sözləri Rusiya dövlət başçısı Vladimir Putin prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Buna da bax: Rusiya seçki monitorinqi qruplarını ‘qara siyahıya’ salır

Rusiyalılar kimə səs verəcəklər? (Sorğu)
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG