Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Putini mədh edən tacik müğənni [Video]


Tolibcon Kurbonxonov
Tolibcon Kurbonxonov

Martın 18-də Rusiyada prezident seçkiləridir. Hazırkı prezident Vladimir Putinin vəzifəsində qalacağına şübhə edən azdır.

Rusiyada onu tərifləyən, göylərə qaldıran çoxdur. Onlardan biri də Moskvada yaşayan tacik Tolibcon Kurbonxonovdur.

Bu yaxında o, Rusiya lideri haqda dördüncü mahnısını yazıb.

Tolibcon Kurbonxonov mahnıda Putini "görkəmli şəxsiyyət", "göylərdən göndərilmiş rəhbər" adlandırır.

Bu haqda Azadlıq Radiosunun tacik xidməti yazır.

Dördüncü mahnıda Tolibcon Rusiya müxalifətinin də bostanına daş atır:

"Mən bu müxalifətçiləri anlamıram. Siz niyə özünüzü ortaya atırsız, indiyəcən kiməsə nümunə olmamısız".

Tolibcon Azadlıq Radiosunun tacik xidmətinə verdiyi müsahibədə deyib ki, son mahnını bir neçə rusiyalı müğənniyə təklif edib, amma kimsə yaxın durmayıb.

Onun bir aylıq cəhdləri nəticə verməyib:

"Mənə dedilər ki, mahnı siyasiləşdirilib. Ona görə də məcbur olub mahnını özüm oxudum".

Buna da bax: Putin nəsli

Bu həmin Tolibcondur ki, 2012-ci ildəki prezident seçkiləri ərəfəsində "VVP" mahnısını yazıb ifa etmişdi.

O zaman mahnı Rusiyada müəyyən rezonans doğurmuşdu.

Putin haqda ikinci mahnısını da Tolibcon o zaman yazmış, onu "Tanrım, Vladimirə görə çox sağ ol" adlandırmışdı. Həmin mahnı bir sıra Rusiya siyasətçilərinin, o cümlədən Vladimir Jirinovskinin xoşua gəlməmişdi.

Tolibcon 3-cü mahnısını Putinin 60 yaşına yazmışdı.

Tolibcon deyir ki, indi Putini tənqid edənlər çoxdu:

"Amma 15-20 ildən sonra onlar anlayacaqlar ki, o necə böyük adamdı".

O bildirir ki, rəhbərə mədhiyyə yazmaq qəbahət deyil:

"Bizim məşhur klassiklərimiz də öz şeirlərində əmirləri, padşahları mədh edirdilər. Biz həmin klassiklərə hörmət edirik, düzdür? Mən də öz yaradıcılığımı öz kumirimə həsr etmişəm".

Jurnalist Tolibcona Putinin dövründə çoxlu sayda tacik miqrantın Rusiyadan çıxarıldığını xatırladanda o cavab verib ki, bu, təkcə tacik miqrantlarla bağlı məsələ deyil, Orta Asiyadan olan başqa miqrantlar da Rusiyadan deportasiya olunub:

"Bu, Putinlik məsələ deyl. Yerli əhalinin miqrantlardan xoşu gəlmir. Bunun da səbəbi var. Onlar müxtəlif yerlərdən Rusiyaya gəlib yerli əhalini əmək bazarından sıxışdırıb çıxarırlar".

Tolibcon Kurbonxonov 2010-cu ildə Rusiya vətəndaşlığını alıb. Rusiyada bizneslə məşğuldur.

Buna da bax: Putin ilhaq edilmiş Krıma seçki kampaniyası aparmağa gəlib

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG