Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59

Azərbaycan, Gürcüstan, İran və Türkiyənin nazirləri görüşür


Elmar Məmmədyarov

Martın 15-də Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin ilk dördtərəfli görüşü keçirilməlidir.

Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianı qəbul edərkən bildirib.

Görüşlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

XİN-in məlumatına görə, E.Məmmədyarov deyib ki, dördtərəfli görüşün məqsədi hərtərəfli regional əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir.

“Dörd ölkənin xarici işlər nazirlərinin görüşü hərtərəfli regional əməkdaşlığa təkan verəcək yeni formatdır”, – deyə Məmmədyarov vurğulayıb.

Buna da bax: Prezident: ‘Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb’

Gürcüstanın müdafiə naziri ilə görüşdə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın regional sülhün təmin olunmasına, iri nəqliyyat, enerji layihələrinin mühafizəsinin effektiv şəkildə təşkil olunmasına xidmət etdiyi bildirilib.

Xatırlatma

Gürcüstanın müdafiə naziri martın 9-da Azərbaycana gəlib. Onu bu gün, martın 9-da səhər saatlarında prezident İlham Əliyev də qəbul edib.

Azərbaycanın və Gürcüstanın müdafiə nazirlərinin günün ikinci yarısı keçirilən görüşündə isə iki ölkənin müdafiə nazirlikləri arasında 2018-ci il üzrə ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG