Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:59

Çeçenistanda vertolyot qəzasında azı 3 nəfər ölüb


İllüstrativ foto

Vertolyot qəzasında azı 3 nəfərin həlak olduğu bildirilir. Məlumatı Çeçenistanın Səhiyyə Nazirliyi yayıb.

Çeçenistan lideri Ramzan Kadyrov-un deməsinə görə, Mi-8 vertolyotu respublikanın sərhəd mühafizə xidmətinə məxsus olub.

Kadyrov qəzaya “mürəkkəb hava şəraiti”nin səbəb ola biləcəyini söyləyib.

Səhiyyə Nazirliyi bir nəfərin sağ tapıldığını və dərhal xəstəxanaya çatdırıldığını bildirir.

Öncə yayılmış məlumatlara görə, vertolyotda 9 nəfər varmış.

***

Rusiyanın Çeçenistan Şimali Qafqaz regionunun rəsmiləri vertolyot qəzasında azı 2 nəfərin həlak olduğunu bildirir.

Rəsmi məlumata görə, vertolyot sərhəd mühafizə xidmətinə məxsus olub, Çeçenistanın cənubunda dağlarda qəzaya düşüb.

Qəzanın səbəbi barədə, hələlik, informasiya verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG