Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 19:47

Trump administrasiyasından gedənlər


Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trump-ın baş iqtisadi müşaviri Gary Cohn dünən – martın 6-da istefa verib. O, Trump-ın polad və alüminium idxalı tarifləri planının öhdəsindən gələ bilmədi.

“Reuters” informasiya agentliyi Trump ötən ilin yanvarında vəzifəyə keçəndən onun administrasiyasından gedən, yaxud işdən çıxarılanların siyahısı hazırlayıb. Buraya prezidentin namizədliyini verdiyi, ancaq işi qəbul etməyənlər də daxildir. Siyahını ixtisarla dərc edirik.

*** Buna da bax: Trump haqqında kitab bestseller siyahısında birincidir

2018

Hope Hicks – Ağ evin kommunikasiya direktoru fevralın 28-də istefa verib. O, Trump prezident postuna gələndən həmin vəzifəyə gətirilmiş dördüncü şəxs idi.

Rob Porter– Ağ evin katibi, prezidentə imzalanmağa göndərilən sənədlərə görə məsuliyyət daşıyan şəxs fevralın əvvəlində, iki keçmiş arvadı tərəfindən məişət zorakılığı ittihamları səslənəndən sonra istefa verib.

2017

Richard Cordray– İstehlakçı Maliyyə Mühafizə Bürosunun birinci direktoru noyabrda istefa verib. Trump Ağ evin büdcə direktoru Mick Mulvaney-ə direktor vəzifəsini icra etməyi tapşırıq. Amma Cordray-in müavinlərindən birini yerinə qoyması siyasi və hüquqi savaşa yol açıb. Dörd gün sonra federal məhkəmə Trump-ın xeyrinə qərar çıxarıb.

*** Buna da bax: “Twitter”də bloklanan şəxslər prezidenti məhkəməyə verib

Səhiyyə və İnsani Xidmətlər katibi Tom Price sentyabrın 29-da Trump-ın təzyiqiylə istefa verib. Price-nın hökumət işiylə bağlı bahalı çarter təyyarələrindən istifadəsi kəskin reaksiya doğurmuşdu.

Stephen Bannon – Trump baş strategikini avqustun ortasında işdən çıxarıb. Bannon prezidentin seçkidə qələbəsiylə sonuclanmış antiqlobalizasiya və millətçi gündəmi arxasında duran əsas qüvvə idi. O, Ağ evdəki daha mötədil fraksiyalarla dəfələrlə toqquşmuşdu.

Reince Priebus – Respublikaçı Milli Komitəsinin keçmiş sədri iyulda Trump-ın administrasiya rəhbəri John Kelly ilə əvəzləndi.

Anthony Scaramucci – Ağ evin kommunikasiya direktoru vəzifəsindən iyulda çıxarılıb, vəzifədə cəmi 10 gün qalıb. “The New Yorker” dərgisinə söyüş dolu açıqlama vermişdi.

Walter Shaub – ABŞ Hökumət Etikası İdarəsinin rəhbəri iyulda, beş illik vəzifə müddəti bitincə istefaya gedib. Daha öncə Trump və administrasiyasıyla dəfələrlə toqquşub.

Michael Short – Ağ evin mətbuat katibinin aparıcı köməkçisi iyulda istefa verib.

*** Buna da bax: Mueller Trump-ı dindirə bilər

Sean Spicer – Ağ evin mətbuat katibliyindən iyulda gedib.

James Comey – Federal Təhqiqat Bürosunun rəhbərini Trump mayda işdən çıxarıb. O, 2016-cı ildə Trump-ın seçki kampaniyası ilə Rusiyanın mümkün əməkdaşlığını araşdırırdı.

James Donovan –Goldman Sachs Group Inc bankirini Trump maliyyə nazirinin müavini kimi görmək istəyir, amma o, mayda bundan imtina edir.

Michael Dubke - Crossroads Media-nın təsisçisi Ağ evin kommunikasiya direktorluğundan mayda istefa verir.

Mark Green – Trump-ın ordu katibliyinə nominantı mayda adını geri götürür.

Michael Flynn – Fevralda Trump-ın milli təhlükəsizlik müşavirliyindən istefa verib. Onun Rusiyanın ABŞ-dakı səfiriylə Birləşmiş Ştatların Moskvaya sanksiyalarını müzakirə etdiyi, bunun Trump vəzifəyə keçəndən öncə baş verdiyi üzə çıxmışdı.

Gerrit Lansing – Ağ evin rəqəmsal işlər üzrə baş məmuru fevralda istefa verib, “Politico” yazırdı ki, o, FTB-nin ön tarixçə imtahanından keçə bilməyib.

Sally Yates– baş prokurorun vəzifəsini icra edirdi, Trump onu yanvarda işdən çıxardı. Çünki Ədliyyə Departamenti hüquqşünaslarına Trump-ın immiqrasiya qadağasını qüvvəyə mindirməmək göstərişi vermişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG