Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:23

“Twitter”də bloklanan şəxslər prezidenti məhkəməyə verib


Donald Trump

ABŞ mediası yazır ki, prezident Donald Trump son 30 ildə 4 min məhkəmə iddiasına tərəf olub. Oliqarxdan ali baş komandana çevrilmiş Trump-ı indi də yeddi nəfər onları “Twitter”də blokladığına görə məhkəməyə verib.

D. Trump sosial mediadan fəal yararlanır, burada müttəfiqlərini tərifləyir, tənqidçilərini “topa tutur”.

BBC-nin yazdığına görə, son məhkəmə iddiasını Kolumbiya Universiteti nəzdində azad söz qurumu sayılan Knight First Amendment İnstitutu (First Amendment ABŞ Konstitusiyasına Birinci Əlavə deməkdir, söz və mətbuat azadlığına təminat verir – red.) qaldırıb.

“NARAZILARIN SUSDURULMASI”

Yeddi “Twitter” istifadəçisi iddia edirlər ki, onlar prezidentin tvitlərini tənqid edəndən, onu məsxərəyə qoyandan sonra hesabları prezident və ya onun köməkçiləri tərəfindən bloklanıb. “Twitter” istifadəçiləri onları bloklayan hesablardan gələn tvitləri görə, yaxud onları cavablandıra bilmirlər.

Məhkəmə iddiasında qeyd olunur ki, bu fərdləri bloklamaqla cənab Trump onları onlayn müzakirədən məhrum edib. Bu addım ictimai forumda “narazıların susdurulması” və beləliklə də Birinci Əlavənin – azad söz hüququnun pozulmasıdır.

Məhkəmə iddiasında Ağ evin mətbuat katibi Sean Spicer və prezidentin sosial media direktoru Daniel Scavino-nun da adları çəkilir.

Ötən ay Spicer deyirdi ki, Trump-ın tvitləri “Birləşmiş Ştatlar prezidentinin rəsmi bəyanatları” sayılır.

ADAMLARI FORUMDAN ÇIXARMAQ

Prezidentin Twitter-dəki @realDonaldTrump hesabının 33,7 milyon, rəsmi @POTUS hesabının isə 19,3 milyon izləyicisi var.

Knight First Amendment İnstitutunun icraçı direktoru Jameel Jaffer deyib ki, prezidentin “Twitter”ə sevgisi onun “hökumət haqda mühüm xəbər və informasiya mənbəyinə” çevrilməsi deməkdir.

“First Amendment bu rəqəmsal foruma müzakirə salonları, açıq məktəb iclas zalları kimi yanaşır. Ağ ev sadəcə prezidentlə razılaşmadıqlarına görə adamları bu forumdan çıxarmaqla qanunsuz hərəkət edir”, – Jaffer deyib.

İnstitutun mövqeyincə, hesabın kimisə bloka atmaq vərdişindən hamı narahat olmalıdır.

Niyə? Çünki onlar prezidentin tvitlərini oxuya bilsələr belə, bu tvitlər şüurlu surətdə tənqiddən təmizlənir.

Buna da bax: Fake - saxta məlumat neçəyədir?

MARAQLI MƏHKƏMƏ İDDİALARI

Prezident Trump-a qarşı keçmişdəki məhkəmə işləri də maraq doğurur. İndi bağlanmış Trump Universitetinin tələbələri vaxtilə ona qarşı 3 məhkəmə iddiası qaldırıblar. Onlar iddia edirdilər ki, sahibkarlığın sirlərini açacaq kurslara görə on minlərlə dollar ödəyiblər, ancaq bu vədə əməl olunmayıb. Trump bu iddiaları rədd eləsə də, 25 milyon dollar ödəməklə məsələni həll edib.

O, 2006-cı ildə müəllif Timothy O'Brien və onun naşirinə 5 milyard dollarlıq iddia qaldırıb, onları sərvətini az göstərməkdə suçlayıb. O'Brien “Trump Nation” adlı kitabında Trump-ın sərvətini 150-250 milyon dollar göstərmişdi. Trump isə sərvətinin 4-6 milyard dollar olduğunu deyirdi, müəllifin onun nüfuzuna zərbə vurduğunu iddia edirdi. Hakim iddianı qəbul etməmişdi.

Respublikaçı siyasi strategik Cheryl Jacobus 2016-cı ildə gələcək prezidentə qarşı 4 milyon dollarlıq iddia qaldırıb, onu böhtanda suçlayıb. Jacobus iddia edirdi ki, Trump onu “Twitter” “kukla” adlandırmaqla “karyerasını dağıdıb”. Ancaq Nyu York məhkəməsinin hakimi iddianı rədd edib, bu sözün iftira anlamına gəlmədiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG