Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 00:02

ABŞ-ın xüsusi müşaviri Robert Mueller Ağ evi xəbərdar edib ki, Rusiya istintaqı çərçivəsində prezident Donald Trump-ı sorğu-sual edə bilər. Bu haqda ABŞ mediası yazır. Mueller Trump-ın seçki kampaniyasıyla Rusiyanın mümkün əməkdaşlığını araşdırır.

Media “işlə tanış olan şəxslərə” istinadla yanvarın 8-də yazıb ki, Mueller-in istintaq komandası Trump-ın vəkillərini müsahibənin tezliklə istəniləcəyi barədə bilgiləndirib. Hələlik, bu görüşün vaxtı, hər hansı başqa hazırlıq bəlli deyil.

“SUALLARI YAZILI CAVABLANDIRSIN”

Ağ ev rəsmilərinin fikrincə, belə bir müzakirə Mueller-in istintaqının son mərhələyə çatmasına işarədir.

Keçmiş prezident Bill Clinton-la bağlı araşdırma gedəndə prezident ən sonda dindirilmişdi.

*** Buna da bax: İki senator 'Trump dosyesini' hazırlamış Britaniya casusunun araşdırılmasına çağırır

Trump-la vəkilləri Rusiyayla hər hansı əməkdaşlığı danır, Mueller-in istintaqıyla tam əməkdaşlıq vəd edirlər.

Trump özü də yanvarın 6-da mətbuat konfransında Mueller tərəfindən dindirilmə ehtimalını istisna etməmişdi. “Əməkdaşlıq olmayıb. Cinayət baş verməyib. Amma çox açıq olmuşuq”, – o deyib.

Ağ evin vəkili Ty Cobb yanvarın 8-də verdiyi bəyanatda bildirib ki, Ağ ev Mueller ilə söhbətləri müzakirə etmir, amma Rusiya istintaqının “mümkün qədər tez həllini asanlaşdırmaqdan ötrü” əməkdaşlığı davam etdirir.

Trump heç bir cinayət törətmədiyini desə də, rəsmilər Mueller-in istənilən sorğu-sualın prezident üçün riskli olacağını düşünürlər, çünki o, bəzən “həqiqi hiperbola” və ya “günahsız şişirtmə”dən istifadə etdiyini boynuna alır. Bəzi xəbər agentliklərinin yazdığına görə, Mueller-lə təkbətək görüşün təhlükəsini nəzərə alaraq, vəkilləri Trump-ın sualları yazılı cavablandırmasına icazə verilməsini istəyirlər.

*** Buna da bax: Manafort Mueller-i məhkəməyə verib

MUELLER NƏYİ ARAŞDIRIR

Mueller artıq Trump-ın dörd keçmiş müşavirinə ittiham irəli sürüb. Onların hamısı hüquq-mühafizə orqanlarının suallarını cavablandırarkən yalan danışmaqda suçlanır.

Mueller mayda xüsusi müşavir təyin olunandan əsas missiyası Trump-ın köməkçilərinin seçki kampaniyası zamanı Rusiyayla əməkdaşlıq edib etmədiyini araşdırmaq idi. Ancaq media yazır ki, Mueller eyni zamanda Trump-ın istintaqı əngəlləməyə çalışıb çalışmadığını da araşdırır. Trump Federal Təhqiqat Bürosunun (FBI) direktoru, Rusiya istintaqını aparan James Comey-i işdən çıxarandan sonra Mueller xüsusi müşavir təyin olundu.

Birləşmiş Ştatlarda istintaqın əngəllənməsi cinayət sayılır. Comey Trump-ın onun istintaqına müdaxiləyə cəhd göstərdiyini deyib. Dediyinə görə, işdən kənarlaşdırılmadan bir neçə ay öncə Trump ona söyləyib ki, ilk milli təhlükəsizlik müşaviri Michael Flynn-lə bağlı istintaqı bitirəcəyinə ümid edir.

*** Buna da bax: Trump Mueller istintaqının “ədalətli” olacağını gözləyir

Trump-sa bunu danır. Flynn-ə ittihamlar ötən ilin sonunda irəli sürülüb. Onun hazırda Mueller-in istintaqıyla əməkdaşlıq etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG