Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 14:15

Trump Mueller istintaqının “ədalətli” olacağını gözləyir


Robert Mueller

ABŞ prezidenti Donald Trump deyir ki, xüsusi müşavir Robert Mueller-dən ədalətli davranış gözləyir. Mueller Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırır.

“The New York Times” qəzetinin dekabrın 28-də dərc etdiyi müsahibədə Trump istintaq sarıdan narahat görünmür.

Bir il öncə ABŞ kəşfiyyat agentlikləri belə bir qənaətə gəldilər ki, Rusiya seçkidə Trump-ın demokratların namizədi Hillary Clinton-u məğlub etməsinə yardım göstərməyə çalışıb, bu məqsədlə sosial mediada təbliğat aparıb, demokratların emaillərini ələ keçirərək yayıb.

“Hamı bilir ki, əməkdaşlıq olmayıb. Amma ümid edirəm, o, ədalətli davranacaq”, – Trump deyib.

Qəzet müsahibənin prezidentin Floridadakı qolf klubunda yarım saat ərzində, ayaqüstü alındığını yazır.

Mueller istintaq çərçivəsində Trump-ın dörd həmkarına ittiham irəli sürüb. Onların içində keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn də var. O, Federal Təhqiqat Bürosunun yalan danışdığını etiraf edib və hazırda müstəntiqlərlə əməkdaşlıq edir.

Trump deyib ki, əvvəlcə bu istintaqın “ölkəsini pis göstərdiyini” düşünüb, amma sonucda əsas tərəfdarları enerji alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG