Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 13:19

Manafort Mueller-i məhkəməyə verib


Paul Manafort

ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş sədri Paul Manafort xüsusi müşavir Robert Mueller-i məhkəməyə verib. Mueller Rusiyanın ABŞ-da 2016-cı il prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırır. Manafort iddia edir ki, Mueller ona ittihamlar irəli sürməklə öz missiyasından kənara çıxıb.

Manafort iddianı yanvarın 3-də Vaşinqtonda dairə məhkəməsində qaldırıb. Bu, indiyədək Mueller-in hüquqi səlahiyyətin ilə başlı qaldırılan ilk birbaşa iddiadır.

Bu arada respublikaçılar Mueller-in istintaq komandasını Trump-a qərəzdə suçlayırlar. Mueller Trump-ın seçki kampaniyasının Rusiyayla mümkün əməkdaşlığını, seçkinin nəticəsinə təsir göstərmək cəhdlərini araşdırır.

Manafort-a ittihamlar oktyabrda irəli sürülüb, o, ABŞ-a qarşı fəaliyyətə, çirkli pulyumada ittiham olunub. Bu ittihamların onun Ukraynanın keçmiş rusiyapərəst prezidenti Vikrot Yanukovych-in siyasi partiyası üçün lobbiçilik işiylə bağlıdır.

Amma keçmiş kampaniya sədri təqsirli olmadığını deyib. O, məhkəmə iddiasında bildirir ki, Yanukovuch-lə “onillik biznes əməkdaşlığı”yla bağlı ittihamların Mueller-in mandatına “qətiyyən dəxli yoxdur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG