Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:26

İki senator 'Trump dosyesini' hazırlamış Britaniya casusunun araşdırılmasına çağırır


Senatın Ədliyyə Komitəsinin sədri Chuck Grassley
Senatın Ədliyyə Komitəsinin sədri Chuck Grassley

İki ABŞ senatoru Donald Trump haqqında “Steele dosyesi” kimi tanınan “ədəbsiz” hesabatı hazırlamış keçmiş Britaniya casusu barəsində cinayət təhqiqatının başlanmasına çağırıb.

Respublikaçılar Chuck Grassley və Lindsey Graham tərəfindən dekarbrın 5-də açıqlanmış məktub Trump administrasiyasını bürümüş təlatüm vaxtına təsadüf edir və heç şübhəsiz, istər dosyenin özü, istərsə də Trump-ın yaxın çevrəsinin Rusiya rəsmiləri iləəlaqələri məsələsində Konqres sıralarındakı ixtilafı daha da dərinləşdirəcək.

Sözügedən senatorlar məktubda Ədliyyə Nazirliyini Christopher Steele-in, onların fikrincə saxta məlumatlarının dövriyyə edilməsinə dair cinayət təhqiqatına başlamağa çağırırlar.

AzadlıqRadiosu bildirir ki, Steele və onun vəkilləri ilə şərh üçün əlaqə saxlamaq mümkün olmayıb.

Rusiya məsələlərində dərin təcrübəyə malik keçmiş MI6 zabiti Steele 2016-cı ildə Vaşinqtonda mənzillənmiş Fusion GPS siyasi araşdırma mərkəzinin sifarişi ilə Trump-ın Rusiya ilə mümkün əlaqələrinə dair hesabat hazırlamışdı.

Bundan əvvəl Fusion Trump barədə rüsvayedici materialların toplanmasnda maraqlı olan bir respublikaçı donorun sifarişini yerinə yetirirdi. Lakin Trump seçkidə qalib gəldikdən sonra elə bu firmanı Demokratik Partiyaya bağlı başqa bir təşkilat kirayələmişdi.

Steele-in Trump və onun Rusiya ilə əlaqələri barədə təhqiqatı 35 səhifəlik hesabatla nəticələnmişdi. Bundan sonra bu hesabat siyasi əməliyyatçılar arasında dövriyyə edilmişvə nəhayət BuzzFeed saytı 2017-ci ilin yanvarında hesabatı bütünlüklə dərc etmişdi.

Bəzi xəbərlərə görə FTB,təhqiqatlarını davam etdirməsi üçün Steele-ə ödəniş etmək istəsə də, sonradan bu qərarını dəyişib.

Trump bu dosyedəki iddiaları dəfələrlə təkzib edib. Bəzi respublikaçılar bu qənaətdədirlər ki, FTB-nin 2016-cı ilin iyulunda Trump rəsmilərinin Rusiya ilə münasibətlərinin araşdırlmasına başlaması qərarında bu hesabat əsas rol oynayıb. Lakin belə bir iddia bir sıra məhkəmə sənədləri və ictimai bəyanatlarla ziddiyyət təşkil edir.

Senatın Ədliyyə Komitəsinin sədri olan Grassley bundan əvvəl Ədliyyə Nazirliyini Fusion GPS firması barədə təhqiqat aparılmasına çağırmışdı. O iddia edirdi ki, bu firma 2012-ci il Magnitsky Qanununun qəbulunu əngəlləməyə çalışan Rusiyaya bağlı lobbi kampaniyası ilə işləyib.

Fusion GPS-in təsisçiləri yanvarın 2-də The New York Times qəzetində dərc etdirdikləri məqalədə respublikaçı millət vəkillərini Trump-ın Rusiya əlaqələrini ört-basdır etməkdə günahlandırır və məhz cənab Grassley-dən onların Ədliyyə Komitəsinə verdiyi ifadənin mətninin açıqlanmasını tələb edirdilər.

Ədliyyə Komitəsi Trump-ın yaxın çevrəsinin Rusiya rəsmiləri ilə mümkün əlaqələrini araşdıran üç Konqres komitəsindən biridir.

Xüsusi prokuror Robert Mueller-in bu barədə apardığı ayrıca təhqiqat Trump-ın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn də daxil iki nəfərə qarşı ittiham irəli sürülməsi və iki etiraf bəyanatı ilə nəticələnib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG