Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:17

Trump haqqında kitab bestseller siyahısında birincidir


Donald Trump (solda) və Steve Bannon Ağ evdə, 22 yanvar, 2017-ci il
Donald Trump (solda) və Steve Bannon Ağ evdə, 22 yanvar, 2017-ci il

ABŞ prezidenti Donald Trump-ın keçmiş baş strategiki Steve Bannon Trump-ı dəstəklədiyini təsdiqləyib və onun böyük oğlunu “həm vətənpərvər, həm də yaxşı insan” adlandırıb.

Bannon bunları yanvarın 7-də deyib. Daha öncə onun bir kitabda verilmiş sitatı qalmaqal yaratmışdı. Bannon 2016-cı ilin iyununda Donald Trump-ın oğlu, onun prezident kampaniyasındakı köməkçiləri ilə rusiyalı vəkil arasında görüşü “xəyanət” və “qeyri-vətənpərvər” adlandırmışdı. Michael Wolff-un müəllifi olduğu bu kitab “Atəş və Qəzəb: Trump-ın Ağ evində” (Fire and Fury: Inside the Trump White House) adlanır.

Ağ ev rəsmiləri Trump-ın Bannon-un dediklərindən qəzəbləndiklərini söyləyiblər.

Prezident bu kitabı “saxta” adlandırıb, onun qeyri-dəqiq və yalan informasiyayla dolu olduğunu deyib.

*** Buna da bax: Dünyanı düşünənlərin reytinqi açıqlanıb

SİTAT MANAFORT-A AİD İMİŞ

Ancaq Bannon bəyanatında bildirir ki, onun dedikləri həmin görüşə qatılmış, Trump-ın keçmiş kampaniya sədri Paul Manafort-a aid olub, prezidentin oğluna deyil.

O, nəsə deməyə beş gün gözlədiyinə görə təəsüfləndiyini, Wolff-un yazdıqlarının “dəqiq olmadığını” söyləyib.

Təəssüf edirəm ki, Kiçik Don-la bağlı qeyri-dəqiq informasiyaya cavabımın yubanmağı prezidentin vəzifədə olduğu bir il ərzində tarixi uğurlarından diqqəti yayındırıb”, – Axios xəbər saytının ilkin olaraq əldə etdiyi bəyanatda belə deyilir.

Bannon onu da deyib ki, onun Trump-a və onun siyasətinə dəstəyi “dəyişməzdir”.

Bu bəyanatdan öncə administrasiya rəsmiləri xəbərlər proqramlarına çıxaraq Trump-a dəstək bildiriblər. Onlar ölkənin 45-ci prezidentinin vəzifəsinin çəkisini anlamadığını, onun köməkçilərinin belə səriştəsinə şübhəylə yanaşdığını iddia edən kitabı gözdən salmağa çalışıblar.

*** Buna da bax: Trump-ın baş streteqi Steve Bannon vəzifəsindən azad edildi

Baş siyasi müşavir Stephen Miller CNN-də deyib ki, bu kitab “zir-zibil yığınıdır”.

Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Mike Pompeo Trump-ın ölkəni idarə etməyə “tamamilə uyğun” olduğunu söyləyib. Amma "Fox News Sunday" proqramında bu suala cavab verənəcən pauza yaranıb və sonradan bunu “sualın cəfəngliyi” ilə izah edib.

“PREZİDENTİN SABİTLİYİNİ HEÇ KƏS SORĞULAMIR”

Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley deyib ki, o, həftədə bir dəfə Ağ evdə olur və “prezidentin sabitliyini heç kəs sorğulamır”.

Trump-ın özü də bazar günü Twitter-də vəzifəsinə uyğun gəldiyini, “həqiqətən ağıllı, çox sabit dahi” olduğunu yazıb.

Prezidentliyə namizədliyimi verəcəyimi açıqlayan ilk gündən Saxta Xəbərlərlə üzləşmişəm. İndi isə tamamilə etibarsız müəllifin yazdığı Saxta Kitaba dözməli oluram”, – prezident tvtində yazıb.

Wolff kitabında Trump-ın aşağılayıcı portretini yaradıb, onu Ağ evdəki baş vəzifəni əslində qazanmaq istəməyən, axşamları yatağında çizburqer yeməklə keçirən, televizora baxan və köhnə dostlarıyla telefonla danışan intizamsız oğlan uşağı adlandırıb.

*** Buna da bax: Tvitter heç bir dünya liderinin hesabını bağlamayacağını deyir

Kitabda Bannon və digər tanınmış müşavirlər prezidentin səriştəsini sorğulayıblar.

Bazar günü, kitabın çapından ikicə gün sonra WikiLeaks mətnin elektron təsvirinə aparan keçid yerləşdirib. Kitabın mətninin belə icazəsiz yerləşdirilməsi müəlliflik hüququnun pozulması deməkdir və satışa ciddi ziyan vura bilər. Ancaq WikiLeaks keçidi yerləşdirəndən bir neçə saat sonra “Atəş və Qəzəb” Amazon-un bestseller siyahısında birinci olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG