Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 06:10

Cənubi Koreyanın nümayəndə heyəti Kim Jong Un-la görüşüb


Kim Jong Un (ortada), arxiv fotosu

Cənubi Koreyanın Pxenyanda olan nümayəndə heyəti martın 5-də ölkə lideri Kim Jong Un-la görüşüb.

Cənubi Koreya prezidentinin sözçüsü jurnalistlərə bildirib ki, 10 nəfərdən ibarət nümayəndə heyəti Pxenyana bu gün çatıb və bir neçə saatdan sonra Kim-lə nahar edib. Nümayəndə heyətinə Cənubi Koreyanın Milli Təhlükəsizlik ofisinin başçısı Chung Eui-yong rəhbərlik edir.

İlk dəfədir Cənubi Koreyadan şimala rəsmi nümayəndə heyəti gedir.

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya oyunları iki ölkənin münasibətlərində yumşalma yaradıb.

Bu səfərdən sonra elçilər Birləşmiş Ştatlara səfər edəcək, oranın rəsmilərini məlumatlandıracaqlar.

ABŞ prezidenti Donald Trump martın 3-də deyib ki, Birləşmiş Ştatlar Şimali Koreyayla görüşə bilər, amma əvvəlcə Pxenyan “nüvə silahından əl çəkməlidir”.

XS
SM
MD
LG