Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:27

Şimal-şərq küləyi gözlənir


Bakı

Fevralın 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, şimal-şərq küləyinin əsəcəyi vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-5, gündüz 7-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.

Fevralın 23-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskin olacağı gözlənir. Gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG