Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 18:43

Tofiq Yaqublu: 'Maşınımın şüşəsini sındırıblar'


Tofiq Yaqublu

Müsavat Partiyası Divanın üzvü Tofiq Yaqublunun avtomobilinin şüşəsinin sındırıldığı bildirilir. Siyasətçinin deməsinə görə, o bununla bağlı polisi də məlumatlandırıb:

«Şəxsi avtomobilimin şüşəsinin sındırılmasını mənə qonşularım fevralın 15-i səhər dedilər, mən də polislə əlaqə saxladım».

T.Yaqublunun deməsinə görə, Suraxanı Rayon Polis İdarəsinin 32 saylı Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəliblər, əl izləri götürülüb və başqa istintaq hərəkətləri yerinə yetirilib.

T.Yaqublu deyir ki, hadisəni kim və ya kimlərin törətdiyi hələlik bilinmir:

«Mənim üçün maraqlı olan budur ki, maşınımın şüşəsini sındırıblar, amma maşının içindən heç nə götürülməyib. Yəni, bu oğurluq hadisəsi olmayıb».

Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən hələlik hər hansı məlumat almaq mümkün olmayıb.

Xatırlatma

Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayillı rayonunda baş verən hadisələrlə bağlı iğtişaşlarda günahlandırılaraq 5 il həbs cəzası almışdı. O, 2016-ci ilin martında prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

2013-cü ilin yanvarında İsmayıllıda baş verən hadisələrə görə 20-dən artıq adam həbs olunmuşdu. O zaman rayonda etirazlar zamanı «Çıraq» oteli yandırılmışdı. Hadisələrdən sonra rayonun ovaxtkı icra başçısı Nizami Ələkbərov, qardaşı - əmək və əhalini sosial müdafiə naziri Füzuli Ələkbərov vəzifələrindən uzaqlaşdırıldı.

O vaxt «Yeni Müsavat» qəzetində çalışan T.Yaqublu istintaqda İsmayıllıya jurnalist kimi getdiyini, baş verənləri araşdırmaq istədiyini demişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG