Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:59

Sobchak seçkiyə müdaxiləyə görə üzr istəyir


Ksenia Sobchak Vaşinqtonda, 6 fevral, 2018-ci il
Ksenia Sobchak Vaşinqtonda, 6 fevral, 2018-ci il

Rusiyada prezidentliyə namizəd Ksenia Sobchak deyir ki, görünür, Moskva 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilə edib və belə bir müdaxilə “qəbuledilməz”dir.

Sobchak-ın 18 mart prezident seçkisindən bir neçə həftə öncə Birləşmiş Ştatlara ziyarəti onsuz da təəccüb doğurub. Üstəlik, o, fevralın 8-də CNN-ə müsahibəsində deyib:

*** Buna da bax: Rusiya prezidentliyinə 8 namizəd var

“ELƏDİRSƏ, ÜZR İSTƏMƏK İSTƏYİRƏM”

Elə görünür, buna doğrudan da bağlılığımız olub. Elədirsə, üzr istəmək istəyirəm”, – Sobchak CNN-in aparıcısı Christiane Amanpour-a müsahibəsində söyləyib.

Bir ölkənin başqa birinin işinə qarışması qəbuledilməzdir”, – o, sözlərinə əlavə edib.

ABŞ-ın kəşfiyyat agentlikləri 2017-ci ilin yanvarında bildiriblər ki, Rusiya prezidenti Vladimir Putin-in 2016-cı il seçkisinə “müdaxilə kampaniyasına göstəriş verməsi” qənaətinə gəliblər və məqsəd də ABŞ-da demokratik prosesə inamı sarsıtmaq, demokratların namizədi Hillary Clinton-u gözdən salmaq və Donald Trump-ın qələbə şansını artırmaq olub.

Hazırda ABŞ Ədliyyə Departamenti və Konqresin üç komitəsi bu iddiaları araşdırır. Putin-sə iddiaları təkzib edib, Trump da Rusiyayla hər hansı əməkdaşlığa gedilmədiyini bildirib.

Televiziya ulduzu olan Sobchak Putin-in keçmiş müdiri və müəllimi Anatoly Sobchak-ın qızıdır. O, seçkidə qeydə alınmış səkkiz namizəddən biridir. Tənqidçilər onu Kremlin seçkiyə rəqabətli və demokratik görüntü verməsinə kömək etməkdə suçlayırlar.

AMERİKAYA MESAJ

Müxalifət lideri Aleksei Navalny seçkiyə buraxılmayıb.

*** Buna da bax: Kseniya Anatoliyevna ilə Aleksey Anatoliyeviç niyə küsüblər

Sobchak Navalny-nin seçkini boykot etməsi qərarına əks mövqeyini bir daha dilə gətirib.

Navalny Kreml tərəfindən namizəd kimi qeydə alınsaydı, o, Putin-ə qanuni don geyindirməyəcəkdi? O zaman əhalini boykota çağıracaqdı? Əlbəttə, xeyr. O zaman camaata deyəcəkdi ki seçkiyə gedib mənə səs verin”, – Sobchak söyləyib.

Putin 1999-cu ildən Rusiyanın başında durur.

Sobchak müsahibənin sonunda deyib ki, “Amerikaya mesajı var” – Rusiyanı təcrid etməyə çalışmaq pis fikirdir.

Mesajım odur ki, Rusiyanı kənar tutmaq mövqeyi pis mesajdır. Çünki nüvə silahına malik böyük bir ölkədə durumu sabitsizləşdirməyə cəhd göstərmək yaxşı bir şey vəd etmir”, – o vurğulayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG