Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 12:26

Rusiyada 18 mart prezident seçkisində bülletendə səkkiz namizədin adı olacaq.

Mərkəzi Seçki Komissiyası fevralın 8-də, qeydiyyat prosesinin son günündə namizədlərin siyahısını yekunlaşdırıb, Ksenia SobchakMaksim Suraikin-in namizədliyini təsdiqləyib.

Tənqidçilərin fikrincə, hazırkı prezident Vladimir Putin-in populyarlığı, onun hakimiyyət rıçaqlarına nəzarəti və illərdir narazıları susdurması dördüncü müddətə seçilməsini artıq təmin edib.

Digər namizədlər də, müşahidəçilərin deməsinə görə, səsverməyə rəqabət görüntüsü verməkdən ötrü Kreml tərəfindən ortaya atılıb.

TV jurnalist Sobchak Putin-in mərhum müəlliminin qızıdır. Suraikin az tanınan Rusiya Kommunistləri Partiyasının lideridir. Kommunist Partiyasının namizədi Pavel Grudinin-dir. Digər namizədlər biznes ombudsmanı Boris Titov, millətçi Sergei Baburin, Yabloko partiyasının sədri, liberal Grigory Yavlinsky və ultramillətçi Vladimir Zhirinovsky-dir.

Günün bütün mövzuları

XS
SM
MD
LG