Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:17

Kseniya Anatoliyevna ilə Aleksey Anatoliyeviç niyə küsüblər


K.Sobçak və A.Navalnı
K.Sobçak və A.Navalnı

Aleksey Navalnı Kseniya Sobçakın arasında çox hadisələr baş verib. Onların bir-birini pislədiyi vaxtlar da olub, müdafiə etdiyi də. Ancaq prezident seçkilərində iştirak məsələsi, deyəsən, yollarını əməlli-başlı ayırıb.

2011-ci ilin sonunda teleaparıcı K.Sobçak «Exo Moskvı» radiostansiyasının efirində ilk dəfə A.Navalnının Rusiya prezidentliyinə namizədliyinin irəli sürülməsi məsələsinə münasibət bildirmişdi.

«Təsəvvür edək ki, Navalnı prezidentliyə namizəddir. Məsələn, tamamilə əminəm ki, biz Putini Navalnıya qarşı qoysaq, Putin udacaq», – Sobçak o vaxt demişdi.

Bu bəyanatın üstündən bir neçə gün keçmiş Sobçak Navalnının Saxarov prospektində keçirilən etiraz mitinqindəki çıxışı haqda təəssüratını bölüşüb.

«Mitinqdə Navalnı məndə narahatlıq hissi yaratdı. Keçirdiyim hiss bu idi. Bəlkə də yanılıram və Navalnı növbəti Yeltsin olacaq. Ancaq həyəcan, narahatlıq və qara qəzəb hiss etdim», – teleaparıcı demişdi.

2012-ci il mayın 8-də Navalnı və Sobçak artıq birlikdə Moskva küçələrində gəzirlər, birlikdə saxlanılırlar və birlikdə etiraz hərəkatının rəmzinə çevrilirlər.

Navalnıya suallar

Ancaq Bolotnaya meydanındakı etirazlardan sonra müxalifət parçalanır. Navalnı bir tərəfdə qalır, yerdə qalan hamı digər tərəfdə. A.Navalnı ilk dəfə özünün prezidentliyə iddiasını səsləndirir. Onun bu kəskin startı o zaman müxalifətin arasında qarışıq hisslərə yol açdı. Müxalifətin Navalnıya bir sıra sualları yarandı. Bir müddət yığılıb qalmış bu sualları 2013-cü ilin iyulunda ona K.Sobçak verdi. Bu zaman Sobçak ona adı və atasının adı ilə və «siz» deyə müraciət edir.

A.Navalnı və K.Sobçak
A.Navalnı və K.Sobçak

– Mən çox sadə şeylər tələb edirəm: qanun və qayda...

– Bax, həmin o «mənim dövrümdə Putin həbsdə olacaq» sözləri... Məhkəmə sisteminə inanan adam necə belə danışa bilər? Axı siz demirsiniz ki, biz hansı cinayətlərin törədildiyini araşdıracağıq.

– Mən araşdırıram, Ksyuşa. İllərdir ki, elə araşdırmaqla məşğulam.

– O zaman niyə siz məhkəmə hakimiyyəti ilə məşğul olmaq istəmirsiniz, icraedici hakimiyyətlə məşğul olmaq istəyirsiniz?

Navalnı Sobçakın prezidentliyə namizədliyi haqda ilk şayiələrə kəskin münasibət bildirir: onu «adamyeyən mövqeyə malik karikatur liberal namizəd» adlandırır və onu 90-cı illərdən qalmış iyrənc ştamplarda ittiham edir. O, Sobçaka şou-biznesdə qalmağı təklif edir.

Buna cavab olaraq Sobçak Navalnının bu şayiələrlə bağlı suallarını onun özünə verməməsindən inciyir. O, Navalnını «ikiüzlü» adlandırır və müxaliflik üzərində monopoliyanı əlində saxlamaq istəyində ittiham edir.

Navalnıdan «afərin» qazandı

Bu hadisələrin üstündən cəmi bir neçə gün keçmiş K.Sobçak həqiqətən də prezident kürsüsü uğrunda mübarizə aparmaq niyyətini açıqlayır və Navalnının namizədliyi qeydə alınarsa, mübarizədən geri çəkiləcəyinə söz verir.

A.Navalnı onun bu addımına daha təmkinlə münasibət bildirir.

«Kseniya Sobçakın Rusiya vətəndaşı olduğuna, yaşı 35-dən yuxarı olduğuna və Allaha şükür, həbsdə olmadığına görə namizədliyini verməyə tam hüququ çatır», – Navalnı deyir.

Bundan sonra səs-küy bir qədər yatır və Sobçak Putinin mətbuat konfransında Navalnı haqqında danışır. «Navalnı adlı namizəd var. O, artıq bir ildir ki, seçki kampaniyası aparır. Ona qarşı qəsdən saxta cinayət işləri yaradılıb. Bu işlərin saxta olduğu AİHM-də (Avropa İnsan Hüquqları Məhkəməsi) sübut olunub», – o deyir.

Navalnı bu suala görə Sobçaka «afərin» deyir. Ancaq Mərkəzi Seçki Komissiyasının onun prezidentliyə namizədliyini qeydə almaqdan imtina etməsindən sonra öz seçicilərini seçkiləri və deməli, həm də Sobçakı boykot etməyə çağırır. K.Sobçak isə boykota qarşı çıxır və hətta Navalnıya onun səlahiyyətli nümayəndəsi olmağı təklif edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG