Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Avqust, çərşənbə, Bakı vaxtı 03:29

“Əvvəl nüvə sazişi, sonra başqa məsələlər…”


Abbas Araqchi

İran rəsmisi deyir ki, ölkəsinin Yaxın Şərq regionuyla bağlı digər məsələləri müzakirə etməsindən ötrü əvvəlcə Qərb 2015-ci ildə imzalanmış nüvə sazişinə təminat verməlidir.

Xarici işlər nazirinin müavini Abbas Araqchi fevralın 8-də Parisdə mətbuat konfransında deyib ki, Tehranın regional fəaliyyəti və nüvə proqramıyla bağlı gələcək danışıqların əsas şərti nüvə sazişinin şərtlərinə əməl olunmasıdır. Belə ki, Birləşmiş Ştatlar sənəddən çıxmaqla hədələyib.

İndi onlar İrandan digər məsələlər üzrə müzakirələrə başlamağı xahiş edirlər. Cavabımız aydındır: nüvə sazişini uğurlu təcrübəyə çevirin, daha sonra digər məsələləri müzakirə edək”, – o əlavə edib.

Nazir müavinin sözlərinə görə, ABŞ prezidenti Donald Trump-ın İranla bağlı siyasəti “dağıdıcı”dır və altı ölkəylə imzalanmış nüvə sazişinin şərtlərini pozur.

Araqchi Tehranın fəaliyyətinin regionda sabitsizlik yaratması ittihamlarını rədd edib, Birləşmiş Ştatları, İsrail və Səudiyyə Ərəbistanını Yaxın Şərqdə gərginliyi qızışdırmaqda suçlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG