Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 05:33

Konqresmenlər hökumətin təkrar bağlanmasını önləməyə çalışır


Senat, arxiv fotosu

ABŞ konqresmenləri hökumətin ötən aykı bağlanmasının təkrarlanmaması üçün daha bir aralıq maliyyə qanunu qəbul ediblər.

Nümayəndələr Palatasının fevralın 6-da axşam 245-182 səs çoxluğuyla təsdiqlədiyi bu qanun oktyabrın 1-də başlamış federal maliyyə ilində beşinci belə addımdır.

Hökumətin maliyyələşdirilməsini martın 23-dək uzadan müvəqqəti xərcləmə layihəsini indi senat təsdiqləməlidir.

Layihənin qəbulundan bir neçə saat öncə prezident Donald Trump deyib ki, immiqrasiya qanunvericiliyi razılaşmaya salınmasa, o, hökumətin bağlanmasını görməkdən “məmnun olar”.

Senat qanunvericiliyə fevralın 7-də baxacaq. Ona hər hansı dəyişiklik olunsa, yenidən palataya göndəriləcək. Hökumətin bağlanmasını önləməkdən ötrü layihə fevralın 8-dək təsdiqlənməlidir ki, Trump onu imzalasın.

Günün bütün mövzuları

XS
SM
MD
LG