Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 21:43

Yaponiya orbitə dünyanın ən kiçik peykini çıxarıb (VİDEO)


Yaponiya orbitə dünyanın ən kiçik peykini çıxarıb.

SS-520 raketi fevralın 3-də “Utunira” kasmodromundan orbitə TRİCOM-1R peykini çıxarıb ki, bu dünyada ən kiçik peykdir.

Bu barədə NHK media şirkəti Yaponiyanın Aerokosmik Tədqiqat Agentliyi-nə (JAXA) istinadla xəbər verir.

Bu cür peyklərin çəkisi 1-10 kq arası olur.

2,5 tonluq SS-520 raketi orbitə 140 kiloqramadək yük apara bilir.

Ötən ilin əvvəllərində eyni raketlə edilmiş cəhd uğursuz olmuşdu.

Bu cür kosmik aparatlar iqtisadi və biznes maraqları, habelə təbii fəlakətlər barədə xəbərdarlıqdan ötrü yer səthinin daimi müşahidəsi üçün nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG