Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:16

Fidel Castro-nun oğlunun intihar etdiyi bildirilir


Kubada ötən il keçirilən seçkidə səsvermə məntəqəsində Fidel Castro-nun portretləri asılmışdı

Kuba dövlət mediası ölkənin keçmiş lideri Fidel Castro-nun böyük oğlunun intihar etdiyini xəbərləyir.

Rəsmi “Granma” qəzetinin fevralın 1-də yazdığına görə, “bir neçə aydır bir qrup həkim tərəfindən dərin depressiyadan müalicə alan Fidel Castro Diaz-Balart bu səhər intihar edib”.

68 yaşlı Castro atasına çox bənzədiyinə görə “Fidelito” kimi tanınırdı. Ata Castro-nun 11 övladının olduğu bildirilir.

Dövlət mediası oğul Castro-nun dövlət şurasının elmi müşaviri, həmçinin Kuba Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrini tutduğunu yazır.

O, Fidel Castro-nun birinci arvadı – Mirta Diaz-Balart y Gutierrez-in dünyaya gətirdiyi oğlu idi.

Ata Castro kommunist Kubasına bir neçə on il rəhbərlik edəndən sonra, 2016-cı il noyabrın 25-də 90 yaşında dünyasını dəyişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG