Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 20:16

Ailəsinə Əziz Orucovla açıq görüş verilmədiyi deyilir


Əziz Orucov

«Kanal 13» internet televiziyasının həbsdəki icraçı direktoru Əziz Orucova yaxınları ilə birbaşa görüşə icazə verilmədiyi bildirilir.

Bu haqda jurnalistin vəkili Cavad Cavadov “Turan” agentliyinə bildirib.

Vəkilin deməsinə görə, Ə.Orucov barəsində məhkəmə hökmünün verilməsindən iki aya yaxın vaxt ötsə də doğmaları onunla birbaşa görüşə bilməyiblər. Həyat yoldaşı, digər ailə üzvlərinin onunla yalnız şüşə arakəsmə qarşısında danışa bildiyi vurğulanır.

Buna da bax: 'Kanal 13'ün əməkdaşının evinə polis gəldiyi deyilir

Vəkili hesab edir ki, bu, qanunvericiliyə, özəlliklə Əsas İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasına ziddir. Onun sözlərinə görə, istintaq və məhkəmə davam edən müddətdə görüşlər arakəsmələr qarşısında keçirilir.

“Ancaq indi Əziz Orucov məhkumdur. Qaydalara əsasən, ona açıq görüş imkanı yaradılmalıdır”, – deyən vəkil jurnalistin hüquqlarının məhdudlaşdırılmasının aradan qaldırılmasından ötrü gərəkli addımların atıldığını ifadə edib.

Buna da bax:​ 'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

Onun sözlərinə görə, aidiyyatı olan qurumlara rəsmi müraciət göndərilib.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ə.Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Birinci instansiya məhkəməsi Ə.Orucova 6 il həbs cəzası verib. Həmin hökmdən apellyasiya şikayəti verilib.

Şikayət üzrə məhkəmə baxışı fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində başlayacaq.

Məhkəmədən jurnalist barəsində bəraət hökmünün çıxarılması istənilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG