Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 04:06

'Kanal 13'ün əməkdaşının evinə polis gəldiyi deyilir


"Kanal 13"

“Kanal 13” internet resursunun əməkdaşı, hazırda Almaniyada məskunlaşan Teymur Kərimovun ailəsinə təzyiqlərin olduğu bildirilir.

Bu haqda jurnalistin özü məlumat yayıb.

T.Kərimovun sözlərinə görə, sentyabrın ilk günlərindən onun Bakıdakı və Tərtər rayonundakı mənzillərinə polis əməkdaşları gəliblər.

Gələnlərin Tərtər Rayon Polis İdarəsinin əməkdaşları olduğu güman edilir.

Buna da bax:​ Jurnalistin həbs müddəti daha 3 ay uzadılıb

Jurnalistin sözlərinə görə, Bakıdakı mənzilində yaşamadığından polis əməkdaşları atasının yaşadığı Tərtərin Bəyimsarov kəndindəki evinə gediblər. O, bildirir ki, atasına onunla və həyat yoldaşı ilə bağlı suallar veriblər. Üstəlik, ailə üzvləri barədə qeydlər aparıblar.

Teymur Kərimovun bildirdiyinə görə, dayısı Yaşar Məmmədova, qaynı İlkin Namazlıya da ona görə təzyiqlər edilir.

Jurnalist vurğulayıb ki, polis əməkdaşları yaxınlarından onun peşə fəaliyyətindən, sosial şəbəkələrdə fəallığından çəkinməsi tələb olunub.

Buna da bax: Vəkil: ‘Əziz Orucova ittihamlar mahiyyətcə ağırlaşdırılıb’

Tərtər Rayon Polis İdarəsinin növbətçi hissəsi ilə əlaqə saxlamaq mümkün olsa da, onlar deyilənlərə heç bir münasibət bildirməyiblər. Sualı eşidən kimi dəstəyi asıblar. Deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də münasibət almaq mümkün olmayıb.

Xatırlatma

«Kanal 13» internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi hazırda Almaniyada yaşayan Anar Orucovdur.

Bir neçə ay əvvəl «Kanal 13»-lə bağlı cinayət işi açılıb, Bakı bürosunda axtarış aparılıb, kompüterləri götürülüb. Ardınca internet resursu fəaliyyətini dayandırıb.

Buna da bax:​ 'Təcridxanada jurnalistə nə ventilyator verirlər, nə də pəncərə açmağa qoyurlar'

«Kanal 13»ün Bakı bürosunun rəhbəri Ə.Orucov isə həbsdədir. Ona mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucovun barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG