Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 01:50

Lerikin Rvarud kəndinə 26 sm qar düşüb


Qar (arxiv fotosu)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, yanvarın 26-sı gündüzdən 27-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, sulu qar, qar yağıb.

Qarın ən çox Lerik rayonunun Rvarud kəndinə düşdüyü bildirilir.

“Qar örtüyünün hündürlüyü Rvarudda 26, Lerikdə 20, Şahdağ və Yardımlıda 19 sm təşkil edib”, – məlumatda vurğulanır.

Yolların buz bağlayacağı gözlənir

Yanvarın 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Lakin axşam və gecə yarımadanın bəzi yerlərində havanın az yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0 dərəcə, gündüz 2-4 dərəcə isti olacaq.

Yanvarın 28-də Azərbaycanın bəzi rayonlarında isə yağış, qar yağacağı vurğulanır.

Gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta təxmin edilir. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG