Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 07:47

Bu gün, yanvarın 24-də İsveçrənin Lozanna şəhərində Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

Futbol üzrə Azərbaycan milli komandasının rəqibləri də bəlli olub.

UEFA-nın saytı xəbər verir ki, püşkatmanın nəticələrinə görə, Azərbaycan D liqasının 3-cü qrupunda mübarizə aparacaq. Azərbaycan millisinin rəqibləri Farer Adaları, Malta və Kosovo komandaları olacaq.

D liqasının digər komandalarından Gürcüstan, Latviya, Qazaxıstan, Andorra birinci, Belarus, Lüksemburq, Moldova və San-Marino yığmaları ikinci qrupda yer alır.

Makedoniya, Ermənistan, Lixtenşteyn və Cəbəllütariq seçmələri isə D liqasının dördüncü qrupuna düşüb.

Millətlər Liqasını UEFA yeni təsis edib.

UEFA Millətlər Liqasında 55 milli komanda gücünü sınayacaq. «A» və «B» liqalarının hər birinə 12, «C» liqasına 15, «D» liqasına isə 16 komanda daxildir.

A liqasının birinci qrupunda Hollandiya, Fransa və Almaniya millisi yer alır.

Qrup mərhələsinin görüşləri sentyabr-noyabr aylarında başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG