Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 00:57

Yaponiyanın baş naziri Shinzo Abe gələn ay Cənubi Koreyada keçiriləcək Qış Olimpiya oyunlarına qatılacaq. Qeyd edək ki, bu iki ölkənin münasibətləri 2-ci dünya müharibəsi dövründə yaşananlar ucbatından gərgindir.

Abe yanvarın 24-də Sankei Shimbun qəzetinə deyib ki, fevralın 9-da Pxençanda açılış mərasiminə qatılmaq istərdi. O, daha öncə tədbirə gedəcəyini dəqiq demirdi, dövlət büdcəsi üzərində işləməyin vacibliyindən danışırdı.

2-ci dünya müharibəsi dövründə, Yaponiya Koreya yarımadasını işğal edəndə koreyalı qadınların yapon əsgərlər üçün cinsi köləliyə məcbur edilməsi üzündən iki ölkənin münasibətlərində on illərdir gərginlik yaşanır.

2015-ci ildə əldə olunmuş razılaşmaya görə Yaponiya üzr istəyib və salamat qalmış qurbanları dəstəkləyən fonda 9 milyon dollar ayırıb. Əvəzində Cənubi Koreya da məsələni qapatmağa razılaşıb.

Amma Cənubi Koreya prezidenti Moon Jae-In bu yaxınlarda razılaşmaya yenidən baxmaq məsələsini qaldırıb, Yaponiyanı qurbanlardan “ürəkdən üzr istəməyə” çağırıb.

2020-ci ildə Yay Olimpiya Oyunları Tokioda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG