Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

Rusiya ilə sərhədə nişanlar düzüləcək


Foto arxiv

Azərbaycanla Rusiya arasındakı dövlət sərhəddinə xüsusi nişanlar qoyulacaq. Bunun fevral ayında baş tutacağı bildirilir.

“Turan” Agentliyinin məlumatına görə, xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib ki,iki ölkə arasında sərhədlərin müəyyən edilməsi ilə bağlı növbəti görüş gözlənilir.

“Sərhədlərin demarkasiya prosesi üzrə növbəti görüş planlaşdırılıb. Görüş fevralın 20-dən sonra Bakıda baş tutacaq. Həmin görüşdən sonra dövlət sərhəddinin Qusar rayonu ərazisindəki hissəsində sərhəd nişanlarının qoyulması mərasimi keçiriləcək”.

X.Xələfovun bildirdiyinə görə, digər qonşu ölkə Gürcüstanla sərhədlərin delimitasiyası ilə bağlı müzakirələr də planlaşdırılır.

Delimitasiyaisə bağlanmış müqaviləyə uyğun təsvir edilməklə və xəritədə qeyd olunmaqla dövlət sərhədinin müəyyənləşdirilməsidir.

Ekspert və komissiya müzakirələri bu ilin birinci rübündə baş tutmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG