Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:28

Yanan avtobusun içində qaz balonu işlədiblərmiş


Yanmış avtobus
Yanmış avtobus

Yanvarın 18-də Qazaxıstanda avtobusun yanmasına qaz balonu səbəb olub, ondan avtobusun içini qızdırmaq üçün istifadə edirmişlər. Bunu Qazaxıstanın Daxili İşlər Nazirliyi bildirib. Avtobusun yanması nəticəsində 52 özbək həlak olub.

Nazirlik yanvarın 19-da yaydığı bəyanatda bildirir ki, qəzadan salamat çıxan iki sürücü və üç sərnişin avtobusda açıq qızdırıcıdan istifadə olunduğunu təsdiqləyib.

Müstəntiqlər “kriminal səbəb”, yaxud yol qəzası versiyasını çıxdaş edirlər.

BENZİN QABI QAZ BALONUNUN ÜSTÜNƏ DÜŞÜB

Özbəkistanın yarırəsmi Podrobno.uz vebsaytı yanvarın 18-də avtobusdan salamat çıxmış bir nəfərə istinadla yazıb ki, avtobusun qızdırıcı sistemi işləməyib və sərnişinlər özləriylə qaz balonu gəzdiriblər.

*** Buna da bax: Qazaxıstanda avtobus yandı, 52 nəfər öldü

Məlumata görə, sürücülər Qazaxıstan çöllərindən keçərkən maşını yanacaqla doldurmaqdan ötrü avtobusda benzin konteynerləri də saxlayıblar. Yaşayışın seyrək olduğu bu yerlərdə yanacaqdoldurmaq məntəqəsi də azdır.

Şahidin deməsinə görə, benzin qablarından biri qaz balonunun üzərinə düşüb, alov sürətlə avtobusu bürüyüb və sərnişinlərin qaçmağa vaxtları da qalmayıb.

RIA Novosti yazıb ki, ikimərtəbəli avtobusun yan qapısı bağlanıb və sərnişinlər yanğından xilas ola bilməyib.

Avtobus Qazaxıstanın cənubundakı Şimkent şəhərindən Rusiyanın Samara şəhərinə gedirmiş.

Aqtobe regionundan keçən avtobus Rusiyaya gedən özbək miqrantları aparırmış. Yanğından yalnız beş nəfər sağ çıxıb. Bu, bütün dünyada son beş ildə ən çox ölümlə nəticələnmiş qəza sayılır.

31 NƏFƏRİN ADI BƏLLİDİR

Özbəkistanın Fövqəladə Hallar Nazirliyi yanvarın 19-da qurbanların ilkin siyahısını açıqlayıb. Siyahıda 29 ölənin adı var, iki özbək sərnişinsə sağ qalıb.

31 nəfərin hamısı Özbəkistanın şərqindəki Namangan vilayətindəndir.

Nazirlik həlak olan digər 21 nəfəri müəyyənləşdirməyib.

Qazaxıstan prezidenti Nursultan Nazarbaev özbək həmkarı Shavkat Mirziyoev-ə başsağlığı teleqramı göndərib.

*** Buna da bax: Azərbaycan Gürcüstana satdığı qazı artırır, Xırdalandasa... qaz kəsilir

Qazaxıstanın investisiyalar və inkişaf nazirliyinin yanvarın 18-də yaydığı bəyanata görə, Almaniyada hazırlanmış Setra avtobusu 29 ilin maşınıymış, amma sərnişin daşımağa lisenziyası olmayıb və texniki təhlükəsizlik sertifikatı 2016-cı ildə bitib.

Özbəkistan prezidenti Shavkat Mirziyoev yanvarın 18-də axşam yanğının səbəblərini araşdırmaqdan ötrü xüsusi hökumət komissiyası yaradıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG