Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:37

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir


Yavər Camalov

Bu gün, yanvarın 19-da Müdafiə Sənayesi Nazirliyində 2017-ci ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib.

Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin 2017-ci il üzrə istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib

Nazir deyib ki, ötən il ölkədə onların daha iki istehsalat müəssisəsi istismara verilib. Bununla da bu tip müəssisələrin sayı 58-ə çatıb. Yaxın zamanlarda daha iki zavodun açılışı nəzərdə tutulur.

«Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunub. Yeni nəsil silah növlərindən «Yalquzaq» snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, tüstü qumbarasının, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub», - nazir deyib.

Y.Camalovun deməsinə görə, indi Müdafiə Sənayesi Nazirliyi respublikanın güc qurumlarının sifarişlərinin icrası ilə yanaşı, 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir. 2017-ci ildə ixrac olunan məhsullun həcmi 2016 ilə müqayisədə 2.3 dəfə artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG