Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 16:21

Həmsədrlər fevralın əvvəlində gəlirlər


Krakovda görüş, 18 yanvar, 2018-ci il

Yanvarın 18-də ATƏT-in Minsk qrupu həmsədrləri – Rusiyadan Igor Popov, Fransadan Stephane Visconti və ABŞ-dan Andrew Schofer bəyanat yayıblar. Onlar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi təmsilçisi Andrzej Kasprzyk-lə birlikdə yanvarın 17-də Ermənistanın xarici işlər naziri Edward Nalbandian, 18-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Həmsədrlər yanvarın 18-də hər iki nazirlə birlikdə görüş keçiriblər. Görüş Polşanın Krakov şəhərində keçirilib.

"Nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əvvəlki sammitlərdə əldə edilmiş razılaşmaların icrasının dəstəklənməsindən ötrü növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsini tez başa çatdırılması üçün həmsədrlərin yenilədiyi konseptual sənədi ilə razılaşıblar”, – bəyanatda deyilir.

Həmsədrlər qeyd edirlər ki, görüşlərdə tərəflər cədvəl üzrə hazırlanan iş təkliflərindəki əsas həssas məsələlər barədə fikir mübadiləsi apardılar. Həmsədrlər həmçinin, danışıqlar prosesinə vacib töhfə kimi etimad tədbirlərini gerçəkləşdirməyə çağırıblar. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü vurğulayırlar. Həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə çağırıblar.

Həmsədrlər nazirlərə münaqişənin təsirinə məruz qalmış ərazilərdə 2010-cu il sahə qiymətləndirmə missiyasının davam etdirilməsinin mümkünlüyünün müzakirəsində maraqlı olduqlarını bildiriblər.

Bəyanatda vurğulanır ki, həmsədrlər fevralın əvvəlində bölgəyə səfər etməyi planlaşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG