Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:00

Əfqan Muxtarlı yenə yasa buraxılmadı


Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi

Şəki penitensiar müəssisəsi həbsdəki jurnalist Əfqan Muxtarlını yaxınlarının yas mərasiminə buraxmaqdan imtina edib.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, Şəki penitensiar müəssisəsinin rəhbərliyi onun müraciətinə cavab verib. E.Sadıqovun deməsinə görə, Şəki penitensiar müəssisəsinin rəisi, ədliyyə polkovnik – leytenantı Murtuz Sadıqovun cavabında onların istəyi qəbul edilməyib.

Vəkilin vurğulamasına görə, cavabda həmçinin qeyd edilib ki, Ə.Muxtarlı müəssisə rəhbərliyinin qəbulunda olub, ona hüquq və vəzifələri izah edilib.

Ötən il dekabrın 31-də Ə.Muxtarlının bacısı, bacısı və qardaşı uşaqlarının meyiti mənzillərində tapılıb. Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, ölümlər dəm qazından baş verib.

Zaqatala şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi, bina 2, mənzil 14 ünvanında baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.

Ə.Muxtarlı əzizlərinin dəfn mərasiminə buraxılmamışdı. O, dəfində iştirak etmək istəyirdi. Bundan ötrü vəkilləri rəsmi qurumlara müraciət etmişdilər.

Xatırlatma

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci il mayın 29-da müəmmalı şəkildə saxlanıb. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.

6 il müddətinə azadlıqdan məhrum edilən Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG