Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 11:11

Daha iki publik hüquqi statuslu qurum yaradıldı


Arxiv fotosu

Prezident İlham Əliyev yanvarın 12-də “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb.

AzərTAC-ın xəbərinə görə, fərmana əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz AgentliyiDövlət Mülki Aviasiya Agentliyi yaradılıb.

Buna da bax: AzərTAC publik hüquqi şəxs oldu

Agentliklər müvafiq olaraq Dövlət Dəniz Administrasiyası və Dövlət Mülki Aviasiya Administrasiyasının bazasında yaradılıb.

Habelə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə və nazirliyin strukturu təsdiq edilib.

Fərmanda vurğulanır ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatı işçilərinin say həddi 190 ştat vahidi nəzərdə tutulur.

Buna da bax: 'Azəravtoyol' da publik hüquqi şəxs oldu

Nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Aparatının və regional bölmələrinin işçilərinin say həddi 145 ştat vahidi həddində müəyyən edilir.

Xidmətin Aparat işçilərinin say həddi 100, Dövlət Dəniz Agentliyi işçilərinin say həddi 65, Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi nəzərdə tutulur.

Nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 18, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu işçilərinin say həddi isə 12 ştat vahidi müəyyən edilib.

Buna da bax: Dövlət xəstəxanaları publik olandan sonra... [video]

Fərmana əsasən Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs statusu ilə Dövlət Dəniz Agentliyinə verilib. Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində olan Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi isə publik hüquqi şəxs statusu ilə Dövlət Mülki Aviasiya Agentliyinə aid olacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Dövlət Mülki Aviasiya Agentliyinin direktorlarını prezident təyin edir.

Buna da bax: 'İçərişəhər' publik hüquqi şəxs oldu

Xatırlatma

Ölkə başçısı 2016-cı ildə dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalamışdı. Həmin fərmana görə, bir çox qurumların əvəzinə publik hüquqi şəxsin yaradılması nəzərdə tutulurdu. Azərbaycanda artıq «Publik hüquqi şəxslər haqqında» Qanun tətbiq olunmağa başlayıb. Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs onun özü, dövlət, bələdiyyə adından yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Ancaq dövlət və ya bələdiyyə orqanı sayılmır.

Azərbaycanda ilk publik hüquqi şəxs də elə ötən il fevralın 3-də yaradılıb. Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG