Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 19:22

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AzərTAC bundan sonra publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev bu gün, dekabrın 19-u bununla bağlı fərman imzalayıb.

Fərmanla AzərTAC-da təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan prezidentinə, Nazirlər Kabinetinə və agentliyin özünə həvalə edilir.

Prezident agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun müəyyən edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsini həll edir. O, həmçinin, agentliyi yenidən təşkil və ləğv edə bilər.

Buna da bax: İqtisad Universitetinin özünüidarə statusu ləğv edildi

Agentliyin işçilərinin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi məsələlərini Nazirlər Kabineti həll edəcək.

Xatırlatma

Ölkə başçısı hələ ötən il noyabrın 24-də dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalamışdı.

Həmin fərmana görə, bir neçə başqa qurumlarla birgə AZƏRTAC-ın əvəzinə eyni adlı publik hüquqi şəxsin yaradılması nəzərdə tutulurdu. Azərbaycanda “Publik hüquqi şəxslər haqqında” qanun bu il fevralın 3-də tətbiq olunmağa başlayıb.

Buna da bax: 'İçərişəhər' publik hüquqi şəxs oldu

Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.

Publik hüquqi şəxs onun özü, dövlət, bələdiyyə adından yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Ancaq dövlət və ya bələdiyyə orqanı sayılmır.

Azərbaycanda ilk publik hüquqi şəxs də elə fevralın 3-də yaradılıb. Bu Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG