Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:00

İqtisad Universitetinin özünüidarə statusu ləğv edildi


Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Dövlət İqtisad Universitetinin özünüidarə statusu ləğv edilib.

Prezident İlham Əliyev bu gün, noyabrın 2-si bununla bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, ADİU-ya özünüidarə statusunun verilməsi ilə bağlı ölkə başçısının 2002-ci ilin iyununda imzaladığı sərəncam ləğv edilib.

Prezident bu ilin iyun ayında “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” sərəncam vermişdi.

Buna da bax: İqtisad Universitetinin vəzifəli şəxslərinə cinayət işi başlanıb

Sərəncamda Dövlət İqtisad Universitetinin Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkil edilməsi öz əksini tapmışdı.

Publik hüquqi şəxs – dövlət, bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılır. Ümumdövlət, ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG