Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 14:29

İqtisad Universitetinin vəzifəli şəxslərinə cinayət işi başlanıb


Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin auditinin nəticəsinə dair Hesablama Palatasının göndərdiyi materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə «Report»a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Universitetin vəzifəli şəxsləri təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi zamanı pozuntularda ittiham edilirlər.

Məlumatda bildirilir ki, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Məlumatda vurğulanır ki, hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində işlər görülür.

Məsələyə hələlik Azərbaycan İqtisad Universitetinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Sentyabrın 19-u Hesablama Palatası bu məsələ ilə bağlı məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, Hesablama Palatası Kollegiyasının iclası keçirilib.

Azərbaycan İqtisad Universitetində 2012-2014-cü illərdə təhsil haqları sahəsində baş verən pozuntulara dair hesabat Baş Prokurorluğa göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG