Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:34

Prezident İlham Əliyev dekabrın 19-da Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra – Agentlik) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Bu, qurumun publik hüquqi şəxs statusu alması ilə bağlıdır.

Yeni təsdiq edilən nizamnaməsində yazılır ki, bu qurum avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, körpülərin, tunellərin, digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, təmiri və onların vəziyyətinə nəzarət edilməsi ilə məşğul olacaq.

Habelə, yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasını təmin etməlidir.

Fərmana görə, «Azəravtoyol» ASC-nin balansında olan əmlak Agentlik dövlət qeydiyyatına alınandan sonra bu quruma həvalə olunur.

Prezident həmçinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nizamnamə fondunu da təsdiq edib. Bu, 644 mln. 987.156 min manat təşkil edəcək.

Xatırlatma

Ölkə başçısı hələ ötən il noyabrın 24-də dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalamışdı. Həmin fərmana görə, bir çox qurumların əvəzinə publik hüquqi şəxsin yaradılması nəzərdə tutulurdu.

Azərbaycanda artıq «Publik hüquqi şəxslər haqqında» Qanun da tətbiq olunmağa başlayıb.

Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.

Publik hüquqi şəxs onun özü, dövlət, bələdiyyə adından yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Ancaq dövlət və ya bələdiyyə orqanı sayılmır.

Azərbaycanda ilk publik hüquqi şəxs də elə ötən il fevralın 3-də yaradılıb. Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG