Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:11

Almaniyada saxlanan ayətüllah Shahrudi İrana uçub


Mahmoud Hashemi Shahroudi
Mahmoud Hashemi Shahroudi

Almaniya hökumət rəsmisi və İran müxalifətçi qrupunun verdiyi məlumata əsasən bəşəriyyətə qarşı iddia olunan cinayətlərə görə təhqiqat altında olan ayətüllah Mahmud Hashemi Shahrudi Almaniyanı tərk edib.

Reuters agentliyi yanvarın 11-də adını açıqlamadığı Almaniya hökumət rəsmisinə istinadən bildirib ki, ayətüllah İrana uçan təyyarəyə mindirilib.

Mühacirətdə olan İran Müqaviməti Milli Şurasının sözçüsü Javad Dabiran deyib ki, onun təşkilatının nümayəndələri Şahrudinin şimal şəhəri Hannoverdəki xəstəxananı tərk etdiyini görüblər. Dabiran deyib ki, ayətüllah daha sonra Iran Air hava şirkətinin təyyarəsi ilə Hamburq aeroportundan uçub.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Almaniya federal prokurorluğu bu ölkədə müalicə alan aparıcı İran ruhanisinə qarşı ittiham irəli sürüb-sürməməyi araşdırmaqdadır. Yanvarın 11-də ruhaninin Tehrana qayıda biləcəyi xəbəri də yayılmışdı.

Prokurorluğun sözçüsü yanvarın 10-da “Reuters” agentliyinə demişdi ki, “Ayətulla Mahmud Hashemi Shahroudi-nin bəşəriyyətə qarşı cinayət törətməkdə təqsirli olub-olmadığını hüquqi əsaslarla araşdırmaqdayıq”. Söhbət ayətullanın İranın ədliyyə naziri olarkən gerçəkləşdirilən 2 minədək edamdan gedir.

Sözçü deyib ki, onun Almaniyada qalmasından, yaxud buranı tərk etməsindən asılı olmayaraq, araşdırma aparılır.

"BİRBAŞA MƏSULİYYƏT DAŞIYIR"

Bu həftə Almaniyada iranlı ruhaniyə qarşı iki məhkəmə iddiası qaldırılıb. İddianın birini Yaşıllar Partiyasından keçmiş millət vəkili Volker Beck, digərini mühacirətdə fəaliyyət göstərən müxalifət qrupu – İran Milli Müqavimət Şurası qaldırıb. Müxalifət qrupu Almaniyanı Sharoudi-ni dərhal həbs etməyə, onu müalicə aldığı Hannoverdən buraxmamağa çağırıb. Qrup bildirib ki, İran hökuməti Shahroudi və ətrafındakıların yanvarın 11-də Tehrana qayıtmasından ötrü yeddi təyyarə bileti alıb.

İran insan haqları koalisiyasının yanvarın 10-da bildirdiyinə görə, alman hökumətinə Shahroudi-ylə bağlı dəlil təqdim edib, onun “saysız insan haqları fəallarını, vəkilləri, jurnalistləri, bloqqerləri, siyasi dissidentləri, dini azlıq təmsilçilərini İranın bədnam həbsxanalarına göndərən İslam İnqilab Məhkəmələri üçün məsuliyyət daşıdığı, həmin şəxslərin həbsxanalarda işgəncəyə, zorlamaya və qətlə məruz qaldıqları” qeyd edilir.

Koalisiya mətbuat üçün yaydığı açıqlamada 2003-cü ildə Nobel Sülh Mükafatı almış Shirin Ebadi-dən sitat gətirir. O deyib ki, “Shahroudi, fundamental insan haqlarının sistematik pozuntusu və təqiblər üçün məsuliyyət daşıyan hakim və prokurorların təyinatına birbaşa məsuldur. O mühakimə olunmalıdır”.

***

Almaniya federal prokurorluğu bu ölkədə müalicə olunan aparıcı iranlı ruhaniyə ittiham irəli sürülməsini nəzərdən keçirir. Söhbət adı İranın ali dini liderinin mümkün varisi kimi hallandırılan ayətulla Mahmud Hashemi Shahroudi-dən gedir.

Prokurorluğun sözçüsü yanvarın 9-da deyib ki, keçmiş almaniyalı deputatdan ayətullaya qarşı şikayət alıblar. Deputat ruhanini İranın ədliyyə nazirliyinin başında durduğu müddətdə “insanlığa qarşı cinayət törətməkdə”, yüzlərlə edama nəzarətdə suçlayır.

Prokurorluq Yaşıllar Partiyasından keçmiş deputat Volker Beck-in şikayəti üzrə qərar verməyin nə qədər çəkəcəyini açıqlamayıb.

*** Buna da bax: Şiələrin lideri kim olacaq

2 MİNƏDƏK EDAM

İranın ali dini lideri ayətulla Ali Khamenei-nin mümkün varisi sayılan Shahroudi Almaniyanın Hanover şəhərində nevroloji müalicə mərkəzində qalır və bu məsələ ölkədə etirazlar doğurub.

Böyük tirajla çıxan “Bild” qəzeti yanvarın 8-də ön səhifəsində yazıb: “İranda ölüm hakimi, Almaniyada cah-cəlallı xəstə”. “The Jerusalem Post”un yazdığına görə, Hanoverin yerləşdiyi Aşağı Sanksoniya ştatının prokuroru da həmin yurisdiksiyada Shahroudi-yə qarşı qaldırılan iddianı araşdırmağı nəzərdən keçirir.

Yanvarın 6-da ruhaninin qaldığı xəstəxananın qarşısına 200-dək nümayişçi yığışıb, o, İranın ədliyyə naziri olduğu müddətdə 2 minədək iranlının edamına etiraz edib.

Ruhaniyə qaldırılan iddialarda bildirilir ki, o, İranda törətdiyi iddia olunan cinayətlərə görə Almaniya qanunvericiliyinə uyğun mühakimə edilə bilər.

Shahroudi hələlik, özünə qarşı ittihamlara açıq münasibət bildirməyib.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Rainer Breul yanvarın 8-də deyib ki, Shahroudi Almaniyaya “ciddi xəstəlikdən” müalicəyə gedib və “səhhətiylə bağlı səbəblərdən” onun xahişi yerinə yetirilib.

*** Buna da bax: Khameneinin yerinə kim gələ bilər?

DİPLOMATİK TOXUNULMAZLIQ EHTİMALI

“Bild”in yazdığına görə, Almaniya hökuməti İranın Ekspertlər Məclisinin üzvü olan Shahroudi-nin hökumət vəzifəlisi olması qənaətinə gəlsə, ona ədalət mühakiməsindən diplomatik toxunulmazlıq verilə bilər.

Federal hökumət İranın ədliyyə sistemi vasitəsiylə kütləvi qətllərin təşkilatçısına diplomatik toxunulmazlıq versə, bu, böyük səhv olar”, – bunu keçmiş deputat Beck “Jerusalem Post”a deyib.

Almaniya belə adamlar üçün sığınacağı çevrilməməlidir. Onlar öz ölkələrində adamları siyasi və dini səbəblərlə təqib edib, onları ölümlə hədələyiblər. İran rejimi zorlanan qadınları, homoseksualları, bəhailəri, kürdləri və ateistləri təqib edir”, – o deyib.

Shahroudi 1999-2009-cu illərdə İran ədliyyəsinə rəhbərlik edib. Amnesty International hüquq-müdafiə təşkilatının məlumatına görə, həmin müddətdə 2 mindən çox edam gerçəkləşdirilib.

Shahroudi İranın ilk ali din lideri ayətulla Ruhollah Khomeini-nin tələbəsi olub və Khamenei-nin davamçısı sayılır.

XS
SM
MD
LG