Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:55

Pxenyan Olimpiya oyunlarına idmançılarını göndərəcək


Cho Myung-Gyun (solda) və Ri Son-Gwon
Cho Myung-Gyun (solda) və Ri Son-Gwon

Pxenyan fevralda Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Olimpiya Oyunlarına idmançılarını, dəstək qrupunu, eləcə də yüksəkçinli məmurlardan ibarət nümayəndə heyətini göndərəcək. “Bloomberg” “Reuters”in məlumatına görə, bunu yanvarın 9-da Şimali Koreya rəsmiləri bildirib.

Bu gün iki Koreya arasında son iki ildən də artıq bir müddətdə ilk dəfə olaraq birbaşa danışıqlar keçirilir. Danışıqlar sərhəd Pjanmunjon kəndində aparılıb.

Daha öncə də Pxenyanın Olimpiya oyunlarına idmançı göndərmək istədiyi bildirilirdi.

Cənubi Koreya təmsilçisinin deməsinə görə, Seul iki ölkə atletlərinin Oyunların açılış mərasiminə birlikdə daxil olmasını təklif edib. Seulun daha bir təklifi Koreya müharibəsinin ayrı saldığı ailələrin birləşdirilməsi, müdafiə nazirlikləri səviyyəsində dialoqun bərpasıyla bağlı olub.

*** Buna da bax: “ABŞ-ın nüvə düyməsi Şimali Koreyakından çox böyükdür”

“CƏNUBİ KOREYAYA YENİ İL HƏDİYYƏSİ”

Dünya liderləri bu görüşü Koreya yarımadasında gərginliyin azaldılmasından ötrü diqqətlə izləyirlər. Son bir ildə Şimali Koreyanın nüvə silahları proqramı, ballistik raket sınaqları üzündən yarımadada gərginlik yüksəlib.

Şimali Koreyanın nümayəndə heyətinin rəhbəri Ri Son Gwon danışıqlardan öncə deyib ki, Pxenyan danışıqlara “ciddi və səmimi mövqe”dən başlayıb, Cənuba “Yeni il hədiyyəsi vermək niyyətindədir”.

Onun həmkarı, Cənubi Koreyanın Birləşmə naziri Cho Myoung-gyon bildirib ki, daha yaxşı münasibətlərin qurulması üçün “ilk addımın yolun yarısına bərabər olmasına” inanır.

Bu arada Papa Francis xarici siyasətlə bağlı illik müraciətində Koreya yarımadasında və Suriyada inamın bərpası üçün beynəlxalq cəhdləri koordinasiya etməyə çağırıb.

*** Buna da bax: "Rusiya tankerləri Şimali Koreyaya neft ötürüb"

Koreya yarımadasında istənilən dialoq cəhdini dəstəkləmək çox vacibdir”, – Francis yanvarın 8-də Vatikana yığışmış 180-dən çox ölkənin səfirinə deyib.

Papa Suriyada da inamyaratma tədbirləri görməyə çağırıb, beynəlxalq ictimaiyyəti bütün qaçqınların evlərinə qayıtmasını asanlaşdırmağa səsləyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG