Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:59

"Rusiya tankerləri Şimali Koreyaya neft ötürüb"


arxiv
arxiv

Rusiya tankerləri son aylarda ən azı 3 dəfə Şimali Koreyaya neft çatdırıb.

Bunu Reutersə Qərbi Avropanın 2 müxtəliftəhlükəsizlik rəsmisi deyib.

Həmin mənbələrin sözlərinə görə, bu neft təchizatı Şimali Koreyaya qarşı BMT sanksiyalarının pozulmasıdır.

Adı çəkilməyən mənbələrdən birincisi deyib ki, Rusiya tankerləri bu il neft-kimya məhsullarını bir neçə dəfə dənizdə Şimali Koreya tankerlərinə “gəmidən-gəmiyə” prinsipi ilə təhvil verib.

Rusiya tankerlərinin neft təchizatını təsdiqləyən ikinci mənbə isə Reutersə deyib ki, bunun arxasında Rusiya hökumətinin dayandığına dəlil-sübut yoxdur.

Mənbələr kəşfiyyat məlumatlarına və kosmosdan çəkilən şəkillərə istinad edirlər.

Reuters Rusiyanın Xarici İşlər nazirliyinin və Gömrük Xidmətinin bu xəbərə münasibətini öyrənmək istəyib. Ancaq Rusiya XİN və Gömrük Xidməti heç bir şərh vermək istəməyiblər.

Reuters tankerlərdən birinin aid olduğu şirkətdən bu xəbərə münasibət öyrənib. Vladivostokdakı Alisa Ltd şirkətinin direktor müavini Yaroslav Gik öz tankerlərinin Şimali Koreya gəmiləri ilə hər hansı təması fikrini rədd edib.

O deyib ki, “heç bir təmas olmayıb. Bu, bu çox təhlükəlidir. Bu, axmaqlıq olardı”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG